Türkmən sirkəni

Türkmən sirkəni (lat. Atriplex leucoclada) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.

Türkmən sirkəni
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Kiçik və Orta Asiya, İran, Rusiya və Qafqazda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

20-75 sm hündürlüyündə, qollu-budaqlı, şaxələnmiş, ağımtıl budaqları olan çoxillik yarımkoldur. Yarpaqları kiçik, uzunsov-yumurtavari, təxminən oturaq, küt, oyuq-dişli, hər iki tərəfdən möhkəm, ağımtıl və ya gümüşü-unludur. Çiçəkləri qoltuqlarda sünbülvari çiçək qruplarında yerləşir. Dişi çiçəklərin çiçəkyanlığı yoxdur, erkəkcikləri beş üzvlüdür. İyul-avqust aylarında çiçəkləyir. Sentyabr-oktyabr aylarında meyvə verir.

Gilli, adətən şorlaşmış torpaqlarda bitir. Yarımsəhra qruplaşmalarının tərkibində, bəzi yerlərdə isə cəngəlliklər şəklində təsadüf edilir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Kür-Araz ovalığında, Naxçıvan düzənliyində, dağətəyi və aran yerlərdə bitir.

Gövdələri, yarpaqları, çiçəkləri və toxumları müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Meyvələrində fenolkarbon turşuları, toxumlarında saponinlər, flavonoidlər, betanin, feril turşusu, göy boyaq vardır. Yarpaqları və çiçəklərindən qidada, salatların, pürenin, şorabaların hazırlanmasında istifadə edilir.