Türkmənistan Elmlər Akademiyası — Türkmənistan Respublikasının ali elmi idarəsi.
Türkmənistan Elmlər Akademiyası | |
---|---|
37°56′31″ şm. e. 58°23′04″ ş. u. | |
Əsası qoyulub | 1951 |
Ölkə | |
Sayt | science.gov.tm/en/ |
Türkmənistan Elmlər Akademiyası 1951-ci ildə Aşqabadda SSRİ EA-nın fililalı olaraq yaradılmışdır[1].
Saparmurad Niyazovun vaxtında fəaliyyəti dayandırılsa da, Qurbanqulu Berdiməhəmmədov 2009-cu ildən onun fəaliyyətini tam bərpa etmişdi[1].
Türkmənistan Elmlər Akademiyasına 26 elmi-tədqiqat institutu və bir seysmoloji xidmət, Ali Attestasiya Komissiyası, 17 ali məktəb, 2 tibbi araşdırma mərkəzi, bir kitabxana və 2 tipoqrafiya daxildir[1].
Türkmənistan Elmlər Akademiyası dövlət tərəfində maliyyələşirdi. Lakin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 2019-cu ildə Elmlər Akademiyasının maliyyələşməsinin dayandırılması barədə fərman imzalamışdır. Həmin fərman nəticəsində 26 elmi-tədqiqat institutu və bir seysmoloji xidmət maliyyələşmədən kənarda qalmışdır[1].