Mətbəx sahəsində demək olar ki Türkmənistan öz yetişdirdiy qovunları ilə də seçilir. Türkmənistan sovet dönəmində, ölkə üzrə ən böyük qovun tədarükçüsü olmuşdur. Bugün çox az miqdarda ölkədən qovun başqa yerlərə ixrac edilir.[1] Türkmən mənbələrinə görə hazırda bu ölkədə 400 növ qovun əkilib, becərilir. İllik olaraq ölkədə Yemiş günü (Qovun bayramı) qeyd olunur.
İlk olaraq bunu qeyd etməliyik ki Türkmən çörəkləri, bölgədəki yapılan başqa çörəklərdən fərqli olaraq, təndir gil sobasında bişirilib, qalın və dəyirmi şəkilli olur.
Qavurtmaçlı çörək(Qovurmalı çörək):Bu çörəyin hazırlamasında qovurulmuş qoyun əti və bir sıra bitkilərdən(o cümlədən soğan) geniş istifadə edilir.
Bişmə: Ballıbadıya çox bənzəyən türkmən şirniyyatlarından biridir.
Orta Asiyanın başqa ölkələrinə tay, yaşıl çayTürkmənistanın əsas içkisi sayılaraq, gün boyu geniş istifdə olunur. Ölkənin Daşoğuz bölgəsində, Qazaxıstan kimin çay, süd ilə qarışdırılıb içilir. Ölkə üzrə 2-ci ən çox sevimli içki qatıqdan hazırlanan Kefirdir ki daha çox səhər yeməkləri və Mantı və Börək kimi yeməklər ilə yanaşı süfrəyə verilir. Qıcqırdılmış dəvə südündən əmələ gətirilən və öz dadı ilə seçilən Çal, orta asiya və Türkmənistanın ayrı ənənəvi içkilərindəndir.[3][4] Habelə Çal qırğızların milli içkisi Şoroya da çox bənzəyir.[5]