Türkman dağı, həmçinin Çəbəl-Türkman, Cəbəl-əl-Türkman (ərəb. جبل تركمان[1] türk. Türkmen Dağı) — Suriyanın şimal-qərbində, Latakiya bölgəsində, Türkiyə ilə sərhəddə yerləşən El Nusayriyə Dağlarının bir hissəsi olan dağ silsiləsi. Silsilə burada yaşayan Suriya türkmanlarınin (türklər, türkmanlar) adından götürülmüşdür.[2]
Türkman dağı | |
---|---|
ərəb. جبل تركمان, türk. Türkmen Dağı | |
Yerləşməsi | |
35°46′53″ şm. e. 35°58′57″ ş. u. | |
Ölkə | Suriya Latakiya |
Yerləşməsi | El Nusayriyə Dağları |
|
Türkman dağı Suriyanın Latakiya bölgəsinin şimalında, Türkiyə sərhədi yaxınlığında türkcə Bayırbuçak adlanan ərazidə dağ silsiləsidir. Dağ silsiləsi Əl-Laziqiyyə mühafəzəsinin şərq uzunluğu boyunca uzanır.[3] Bölgədə daha çox Suriya türkmanları yaşayır. Qeyd edək ki, Bayırbucakda 72 türkmən kəndi var. Bunlardan 54-ü muxtar statusa malikdir. Onlardan 18-i təsərrüfat statusludur.[4] Türkmən dağlarında Suriya türkmənlərinin yaşadığı əsas 44 bölgə vardır. Bunlar 45 Təpə, Acısu, Avanlı, Bedeme, Burc Kəsəb, Cəliliyyə, Çardaklı, Çümeyren, Dağdağan, Dağmışlı, Dervişan, Dərhanə, Fırınlık, Qazalah Hill, Qebelli, Gımam, Gökdağ, Hancagiz, İyn El Gazal, Kantara, Karaman, Kapikaya, Karikaya , Kasatil, Kelez, Kepir, Kırıkaltı təpəsi, Kızıldağ, Kulcuk, Məlikli, Murtlu, Nisipin, Pınar Almer, Rabia, Salma, Saray, Şems, Tel Zahiye, Yertilik təpəsi, Zeytincik və Zuveyik bölgələridi.[5][6][7]
Suriyada vətəndaş müharibəsi başlayandan öz hüquqlarının qorunmasını tələb edən türkmanlar, müxalifət hərəkatlarında iştirak edirlər. Bu da Bəşər Əsəd hökumətinin onlara qarşı bir neçə dəfə hərbi əməliyyatlar keçirməsinə səbəb olmuşdur. Bölgədə 2015-ci ilin sonlarında Suriya Ordusu hərbi əməliyyatlara başlamışdır.[8][9] Bu əməliyyatlarda Suriya Ordusuna Rusiya tərəfi də havadan dəstək vermişdir. Suriyada vətəndaş müharibəsi başlayan vaxtdan təxminən 300.000 türkmən,[10] xüsusən də hökumətin demoqrafik dəyişikliklər etməsi səbəbindən Türkman dağına sığınmışdır. Böyük sayda türkman ailələri isə Türkiyəyə getməyə məcbur olmuşdular. Ələvi təriqətinə mənsub türkman ailələri isə hökumətin nəzarətindəki bölgələrə yerləşdirilmişdirlər.[11]
24 noyabr 2015-ci ildə bölgədə böyük siyasi böhran yaşanmışdır. Böhran Türkiyə və Rusiya arasında baş vermişdir. Belə ki, həmən gün iki Türkiyə General Dynamics F-16 Fighting Falconu dağların üzərində uçan Rusiyaya məxsus iki Suxoy Su-24 döyüş təyyarəsindən birini vurmuşdu. Hər iki pilot təyyarəni tərk edə bilsə də, lakin pilotlardan biri türkmən qüvvələri tərəfindən havadaca yerə düşmədən öldürülmüşdü.[12][13]