Tıva (tıva Тыва) — Tıva Respublikasında musiqi qrupu, xalq ansamblı.
Tıva |
---|
Ansambl 1998-ci ildə akademik Qırğız Zoya və Tıva Respublikasının milli natiqi Tumat Gennadi tərəfindən yaradılmışdır. Yaradılmasının səbəbi Tıva milli mədəniyyətini, incəsənətini və Tıva xöömeyini daha geniş auditoriyaya çatdırmaq və onu ifa etməkdir. "Tıva" ansamblı Tıvanın bütün folklor qruplarının əsasını təşkil edir.[1]
2003-cü ildə YUNESKO-nun dünya incəsənət festivalında "Şərq melodiyası" adlı mükafata layiq görülmüşdür. 2007-ci ildə "Sayan üzük" adlı etnik incəsənət festivalına qoşulmuş, "ənənə" və "Mahnı ansamblı" sertifikatlarını almışdır. 2008-ci ildə Türkiyənin TRT telekanalı ilə Ankarada Tıva musiqisi haqqında canlı sənədli film çəkilmişdir və ansamblın üzvləri də burada iştirak etmişdir.[1]