Tıva akşası (tıva akşa) — 1934-1944-cü illərdə Tuva Xalq Respublikasının pul vahidi. 100 qəpikə bölünür (tıva kɵpejek).
Tıva akşası | ||||
---|---|---|---|---|
tıva Akşa, акша | ||||
| ||||
Kod və simvol | ||||
ISO 4217 kodu | AZN (944) | |||
Dövriyyə ərazisi | ||||
Emitent ölkə | Tuva Xalq Respublikası | |||
Əvəzedici və paralel vahidlər | ||||
Kiçik | qəpik (1⁄100) | |||
Dövriyyədə olan sikkə və əsginaslar | ||||
Sikkələr | 1, 2, 3, 5, 10, 15, 20 qəpik | |||
Əsginas | 1, 3, 5, 10, 25 akşa | |||
Tarixi | ||||
Dövriyyə periodu | 1934—1 yanvar 1945 | |||
Əvvəlki valyuta | Rusiya rublu (RUB) / SSRİ rublu (SUR) | |||
Sikkə və əskinasların buraxılması və istehsalı | ||||
Mərkəzi bank | Tıvabank | |||
Vikianbarda əlaqəli mediafayllar |
25 iyul 1925-ci ildə Tuva Xalq Respublikası Dövlət Bankı - Tıvanbank qurulur. Tuva Xalq Respublikası və Sovet Sosialist Respublikaları İttifaqı hökumətləri arasındakı razılaşma ilə 1925-1929-cu illərdə ölkə ərazisinə Sovet pullarını buraxılır. Əvvəlcə çarın zərb sikkələrini əvəz edən gümüş sikkələr, daha sonra kağız pullar və banknotları (rubl və çervonlar) dövriyəyə buraxılır. 1933-cü ilin dekabrında Tuva Xalq Respublikası hökuməti bir sərəncam qəbul edir. Sərəncama əsasən Tuva Xalq Respublikasının yeni gerbinin təsviri və "Yalnız TNR-də istifadədədir" mətn üzərində olan mavi boya ilə sovet əskinasları üzərinə daxil vurulur. Mübadilə 10 dekabr 1933-cü ildən may-iyun 1934-cü ilə qədər davam edir. 1933-1934-cü illərdə Sovet sikkələrinin ölçüsündə 1, 2, 3 və 5 qəpik nominasiyalarında hazırlanmış bürünc və 10, 15 və 20 qəpik nominallı nikel sikkələr istifadəyə buraxılır. Onlar 1945-ci il mayın 1-nə qədər dövriyyədə qalır.
1936-cı il yanvarın 1-də ölkədə pul islahatı aparılır. Bu dövrdə dövriyyədə olan Sovet pulları 1, 3, 5, 10 və 25 akşa olmaqla Tuva Xalq Respublikasının banknotları, milli valyuta ilə əvəz edilir. Dəyişdirmə 1: 1 nisbətində edilir. Qoznak tərəfindən ümumilikdə 2 milyon akşa hazırlanır.
11 avqust 1939-cu ildə Tuva Xalq Respublikası hökumət komissiyası yeni əskinas naxışını təsdiqləyir. Bank biletləri Qoznak tərəfindən çap edilir. 1 mart 1941-ci ildə 1940 tipli əskinaslar: 1, 3, 5, 10 və 25 nominaları dövriyyəyə buraxılır. Köhnə tipli bank biletlərinin mübadiləsi 1 sentyabr 1941-ci ilə qədər davam edir.
11 oktyabr 1944 Tıva Xalq Respublikası Rusiya Sovet Federativ Sosialist Respublikasının muxtar bölgəsi olaraq Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil olur. 1945-ci il yanvarın 1-də onun ərazisində sovet əskinaslarının dövriyyəsi başlayır. Dörd ay ərzində (1945-ci il mayın 1-dək) 1940-cı ilin nümunəsi olan pullar və 1934-cü ilin nümunəsi olan Tıva akşası Sovet rubluna dəyişdirilir. Bundan sonra Tıva valyutası ləğv edilir. 1945-ci ildə 1 akşa 3,5 rubla dövr edilir.
Sikkələrin ön tərəfində dövlətin (tıva TЬBA ARAT RESPUBLIK) və bankın (tıva TЬBA SADЬƢ-YLETPYRNYꞐ BANKЬZЬ) adı verilmişdir.
Şəkil | Nolminal (qəpik) |
Mareial | Diametri (mm) |
Qalınlığı (mm) |
Çəki (г) |
Hert | Buraxılış ili |
---|---|---|---|---|---|---|---|
1 | bürünc | 14 | 1,4 | hamar | 1934 | ||
2 | 18 | 2,1 | 1933, 1934 | ||||
3 | 22 | 2,8 | 1933, 1934 | ||||
5 | 25 | 5 | qabarıq | 1934 | |||
10 | mis+nikel | 17 | 1934 | ||||
15 | 20 | 1934 | |||||
20 | 22 | 1934 |
Şəkil | Nominal (akşa) |
Ölçüsü (mm) |
Rəngi | |
---|---|---|---|---|
Əsas üzü | Tərs üzü | |||
1 | qəhvəyi | |||
3 | yaşıl | |||
5 | göy | |||
10 | qırmızı | |||
25 | tünd qırmızı |