Bu məqaləni vikiləşdirmək lazımdır. |
Təbii killer hüceyrələri (ing. Natural killer cells (NK cells)) — B- və T- hüceyrələri ilə ümumi mənşəyə malikdirlər və limfositlərin üçüncü populyasiyasını əmələ gətirirlər. B- və T- limfositlərindən fərqli olaraq onlar xüsusi antigenbirləşdirən reseptorlar kompleksindən məhrumdurlar. Ona görə də onlara bəzən 0 hüceyrələri də deyilir. Təbii killer hüceyrələrinə orqanizmin bütün toxuma və orqanlarında rast gəlinir. Qan dövranınmdakı limfositlərin 10–15% i onların payına düşür. Ölçülərinə ğörə adi limfositlərdən təxminən 2 dəfə böyükdürlər. Morfoloji quruluşlarına görə də təbii killaer hüceyrələri digər limfositlərdən fərqlənirlər. Onların sitoplazmasının nüvəyə olan nisbəti yüksəkdir və sitoplazmaları azurofil qranullarla zəngindir. Qranullarda ehtiyat şəklində perforin zülalı, apoptozun induksiyasını həyata keçirən qranzimlər(serin esterazaları) və təbii killer hüceyrələrini autolizisdən qoruyan proteoqlikan molekulları toplanırlar.
Təbii killerlər üçün xarakterik olan quruluşa böyük qranulositar limfosit(BQL) quruluşu deyilir. Təbii killerlər sitotoksiki və humoral funksiyaara malikdirlər. Sitotoksiki aktivlik onların bir çox viruslarla yoluxmuş və transformasiyaya məruz qalmış şiş hüceyrələrinin tapıb məhv edilməsinə xidmət edir. Humoral funksiya aktivləşmiş təbi killerlərə məxsusdur. Onlar müxtəlif sitokinlər ifraz etməklə immun hüceyrələrinin böyümə və inkişafına təsir göstərirlər.