Şəms Kəsmai (1883, Yəzd – 1961, Tehran) — İran şairi.
Şəms Kəsmai | |
---|---|
Doğum tarixi | 1883 |
Doğum yeri |
|
Vəfat tarixi | 1961 |
Vəfat yeri | |
Fəaliyyəti | şair, yazıçı |
Əsərlərinin dili | fars dili |
Şəms Xəlil qızı Yəzddə anadan olmuşdu. Babası Hacı Məhəmmədsadiq Tiflislidir. Əcdadı Gilanın Sövməə-Səra şəhristanının Kəsma kəndindən idilər və Gürcüstana muhacirət etmişlər və sonra yenə İrana qayıdıblar. O, azərbaycan, fars və rus dillərini bilirdi. XX əsrin 50-ci illərinə qədər yazıb-raratmışdı.
Şəms ilk qadındır ki, Təbrizdə azad və çarşabsız gəzmiş və buna görə cürbəcür təhqirlərlə üzləşmişdir.
Təbrizdə çıxan "Təcəddüd" qəzeti ilə yaxından əməkdaşlıq edib, yazdıqları şeirlərlə müntəzəm çıxış edən Cəfər Xamneyi, Şəms xanım Kəsmai və başqaları idi. C.Xamneyi ali təhsilini Fransada, Şəms xanım isə Rusiyada almışdı. Sözsüz ki, onların təhsil aldığı ölkələrdəki ədəbi mühit bu iki istedadlı gəncin sonrakı yaradıcılığında dərin iz qoymuşdu. İstər Təqi Rifətin, istərsə də Cəfər Xamneyi və Şəms Kəsmainin yazdıqları şeirlərin forması ancaq İran poeziya üçün yeni idi.
Cənubi Azərbaycan şairlərinin fars poeziyasına gətirdikləri bu yeniliklər söz yox ki, əlaqəsiz və mücərrəd deyildi və bu yeniliklər Avropa ölkələrində XIX əsrdən başlayaraq davam edib gələn ədəbi yeniləşmə prosesinin nəticəsi idi.
Beləliklə, İranda yeni şeirin təməli "Təcəddüd" qəzetin ətrafına toplaşan Təqı Rifətlə yanaşı Cəfər Xamneyi, Şəms Kəsmai kimi Azərbaycan şairləri tərəfindən qoyulmuşdur.