Təhlükəli itüzümü

Təhlükəli itüzümü (lat. Lycium horridum)

Təhlükəli itüzümü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Cənubi Afrikada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2 m olan həmişəyaşıl koldur. Açıq sarımtıl budaqları, yaşıl, neştər və ya ellips formalı yarpaqları olur. Yarpaq qoltuğundan nazik tikanları çıxır. Çiçəkləri cəhrayı rənglidir. Meyvələri tam yetişdikdə qırmızı olur. İyun ayından başlayaraq noyabra qədər çiçəkləyir, meyvələri sentyabr-dekabr aylarında yetişir. Toxum və qələmlə çoxaldılır.

Torpağa tələbkar deyil, quraqlığa və kölgəyə davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Dendrologiya İnstitutunun təcrübə sahəsinə introduksiya edilmişdir.

Payızda, qışın əvvəllərində yetişən və yaza qədər bitki üzərində qalan yumru, iri və tünd qırmızı meyvələri yaşıl yarpaqların fonunda bitkiyə xüsusi qözəllik verir. Canlı çəpərlərin tərtibatında istifadə edilir.

  • Tofiq Məmmədov, "Azərbaycan dendroflorasi" V cild, Baki, "Elm", 2019, 370 səh.