"Təhriri-Öqlidis" (ərəb. تحریر اقلیدس; azərb. Evklidin şərhi) — Nəsirəddin Tusinin riyaziyyat (həndəsə) sahəsində yazdığı əsər.
Təhriri-Öqlidis | |
---|---|
ərəb. تحریر اقلیدس | |
Müəllif | Nəsirəddin Tusi |
Orijinalın dili | ərəb dili |
Orijinalın nəşr ili | 1594 |
Nəşriyyat | "Mediçi" mətbəəsi[d] |
Əsərdə Evklidin "Başlanğıclar" ("Əsaslar") əsərində verilmiş 700-dən artıq teoremin isbatı təhlil edilmiş və bir çoxunun yeni isbatı verilmişdir.
"Təhriri-Öqledis" kitabı ilk dəfə 1594-cü ildə Romanın "Mediçi" mətbəəsində ərəbcə[1] nəşr edilib.[2][3]
"Təhriri-Öqlidis" 1598-ci ildə ikinci dəfə yenə Romada çap olunur. Kitaba Avropada olan böyük tələbi ödəmək üçün o, latın dilinə tərcümə edilərək, 1657-ci ildə Londonda çap edilir. Bir sıra Şərq ölkələrində ərəb dilində nəşr edilən əsər 1801-ci ildə İstanbulda, 1824-cü ildə Mərakeşdə,1880-ci ildə isə Tehranda nəşr olunur.[4]
Əsər Həsən Zərrinəzadə tərəfindən ərəb dilindən azərbaycan dilinə tərcümə edilmiş və YUNESKO-nun da maliyyə yardımı ilə Nəsirəddin Tusinin 800 illik yubileyi ilə əlaqədar olaraq N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası tərəfindən nəşrə hazırlanmış və 2001-ci ildə, Bakıda "Ulduz" nəşriyyatında çap olunmuşdur.[5]