Maarifə Hacıyeva

Maarifə Hüseyn qızı Hacıyeva (noyabr 1938, Gədəbəy) — filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi (2011).[1]

Maarifə Hacıyeva
Doğum tarixi
Doğum yeri Gədəbəy, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2011
"Tərəqqi" medalı — 2002

1938-cü ilin noyabrında Gədəbəy rayonunda anadan olub. 1953-cü ildə Xanlar rayonundakı Pedaqoji texnikuma daxil olub, 1957-ci ildə fərqlənmə diplomu ilə bitirib. Həmin ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olub. 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.

Ailəlidir. Üç övladı var.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1968-ci ildən Azərbaycan Xalq Təssərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Azərbaycan dili" kafedrasında işləyir. 1970-ci ildə namizədlik dissertasiyasını, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. Filologiya elmləri doktoru, professordur.

28 kitabın (dərslik, dərs vəsaiti, elmi monoqrafiya, elmi-metodik vəsait), 250-dən artıq elmi-metodiki məqalənin müəllifidir.

  • "XX əsr Azərbaycan ədəbiyyatı"
  • "Azərbaycan ədəbiyyatı terminləri sözlüyü"
  • "Müdriklik çeşməsi"[2]
  • "Folklor və müasir poetik proses"
  • "Türk dünyası və qardaş ölkələr ədəbiyyatı"
  • "Azərbaycan ədəbiyyatından praktikum"
  • "Gizli çiçək"
  • "İllərdən qalan"
  • "Azərbaycan folklor və etnoqrafiya terminləri sözlüyü"
  • "Örnəklərlə folklor, xalq ədəbiyyatı və təkkə ədəbiyyatı sözlüyü"
  • "Ədəbi düşüncələr", "Türk aşıqları" kimi kitabları.
  1. "Hacıyeva Maarifə Hüseyn qızı". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
  2. "Müdriklik çeşməsi". 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
  3. "AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ MÜƏLLİMLƏRİNİN TƏLTİF EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.
  4. "Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında". 2020-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.