Təhsil kitabı — Azərbaycanda kitabxanaçılıq sahəsində əvəzsiz xidmətlər göstərmiş şəxslərdən biri, İbn Sinanın tələbəsi Əbülhəsən Bəhmənyar tərəfindən yazılmış kitab.[1]
Əbülhəsən Bəhmənyarın şəxsi kitabxanası olmuşdur. Kitabxanada əsas yeri onun öz əsərləri tuturdu. Bu kitablardan "Təhsil kitabı", "Məntiqə dair zinət kitabı", "Gözəllik və səadət kitabı", "Metafizika elminin mövzusu", "Mövcudatın mərtəbələrinə dair traktat" və s. göstərmək olar.
"Təhsil kitabı" müəllifinə nəinki Azərbaycanda, hətta bütün dünyada böyük şöhrət qazandırmışdır. Əsərin həcmi 900 səhifədir. Əsər ərəb və fars dillərinə tərcümə edilmişdir. Fars nüsxələrindən biri Özbəkistanda Biruni adına Şərqşünaslıq İnstitutunda, bir nüsxəsi isə İranda Milli Şura Məclisinin (MŞM) kitabxanasında saxlanılır. Ərəbcə əlyazma nüsxələri dünyanın bir sıra şəhərlərinin: Beyrut, İstanbul, Qahirə, London, Vatikan kitabxana və universitetlərində saxlanılır. Səkkiz əsr əlyazma halında olan bu kitab ilk dəfə 1971-ci ildə Tehranda ərəb dilində nəşr olunmuşdur.