Təkirdağ döyüşü

Təkirdağ döyüşü3 avqust 1511-ci ildə Osmanlı taxt-tacı uğrunda mübarizə. Təkirdağ döyüşü II Bəyazid və oğlu Səlimin qoşunları arasında baş verdi. Bu müharibə Osmanlı tarixində dönüş nöqtəsi hesab olunur və Yavuz Sultan Səlimin taxta çıxmasına zəmin hazırlayır.

Təkirdağ döyüşü
Nəticəsi II Bəyazidin qələbəsi
Ərazi dəyişikliyi Təkirdağ, Çorlu
Komandan(lar)

II Bəyazid

I Səlim

Tərəflərin qüvvəsi

40.000

20.000

İtkilər

700

8.000

II Bəyazidin qocalması və taxt-taca kimin keçəcəyi ilə bağlı qeyri-müəyyənlik onun oğulları arasında taxt uğrunda mübarizənin başlamasına səbəb oldu. Səlim böyük oğul olmasına baxmayaraq atasının Əhmədə üstünlük verəcəyindən narahat idi. Bu narahatlıq Səlimi üsyana sövq etdi.Yeniçərilər Səlimə sadiq idilər və ona sultan olması üçün təzyiq edirdilər. Səlim yeniçərilərin dəstəyini qazanaraq taxt-tacı ələ keçirmək şansını artırdı bununla bərabər Rumeli Sipahilər, II Bəyəzidin hökmranlığından məmnun deyildilər. Səlim Rumeli süvarilərinin narazılığından istifadə edərək onları da öz tərəfinə çəkə bildi.[1][2][3]

Səfəvi dövlətinin yüksəlişi Osmanlı İmperiyası üçün təhlükə yaratmağa başlamışdı. Səlim Səfəvilərə qarşı daha güclü siyasət yeridəcəyini vəd edərək, bu təhlükəyə qarşı dura bilən lider obrazını canlandırırdı.[4]

Təkirdağ döyüşü Səlimin məğlubiyyəti ilə nəticələndi. Müharibədən sonra Səlim Kəfəyə qaçmalı oldu. II Bəyazid taxt-tacını qoruyub saxlaya bildi, lakin bu qələbə Osmanlı İmperiyasında vətandaş müharibəsinin başlamasının qarşısını ala bilmədi.[5]

Səlimin məğlubiyyətinin birdən çox səbəbi var idi. Osmanlı ordusu Səlimin ordusundan daha böyük və daha yaxşı təchiz edilmişdi bununla bərabər dövlətin topları padişahın əlindəydi və Səlim top qarşısında aciz qalmışdı. Həmçinin, II Bəyəzidə sadiq olan bir çox sərkərdələr Səlimə qarşı müharibədə iştirak edirdi.Səlim məğlub olsa da, taxt uğrunda mübarizə bitmədi. Səlim Kefədə yeni bir ordu quraraq yenidən üsyan etdi və atasını taxtdan salıb 1512-ci ildə sultan oldu.[6]

  1. Stanford Shaw,History of the Ottoman Empire and Modern Turkey(Cambridge University Press, 1976), səh. 104.
  2. Osmanlı İmparatorluğu Klâsik Çağ (1300-1600) səh. 116
  3. Colin Imber,The Ottoman Empire 1300-1650 səh. 58
  4. Roger Savory,Iran under the Safavids(Cambridge University Press, 2007), səh 34.
  5. Joseph von Hammer-Purgstall,Geschichte des Osmanischen Reiches(C.F. Müller, 1835), cild III, səh. 324.
  6. Nicolae Jorga,Geschichte des Osmanischen Reiches(Gotha: F.A. Perthes, 1908), cilt III, səh. 256.