Təlli Zeynəbiyyə

Təlli Zeynəbiyyə (ərəb. التل الزینبیة‎) — İraqın Kərbəla mühafəzəsinin Kərbəla şəhərində yerləşən məscid və ziyarətgah.[2][3][4] Məscidin adı keçən vaxtlarda üzərində yerləşən təpənin adıyla əlaqəlidir.

Təlli Zeynəbiyyə
Map
32°36′57″ şm. e. 44°01′52″ ş. u.
Ölkə İraq İraq
Şəhər Kərbəla
Yerləşir Kərbəla
Tikilmə tarixi 1978-ci ildə ziyarətgahda bərpa işləri aparılmışdır[1]
Üslubu İslam memarlığı
Təlli Zeynəbiyyə (İraq)

Ərəb dilində təll təpə və ya hündür yer mənasını verir[5] və Zeynəbiyyə sözü Həzrət Əlinin qızı Həzrət Zeynəbin adıyla bağlıdır.[6][7]

Təlli-Zeynəbiyyə İmam Hüseynin qətligahından 35 metr, məzarından isə 20 metr aralıqda yerləşir. Təqribən 5–6 metr hündürlükdədir. İndi bu məqam İmam Hüseyn hərəminin qərb nahiyəsində Zeynəbiyyə qapısının ağzındadır.[8]

Təlli-Zeynəbiyyə Kərbəlada İmam Hüseyn (ə) məzarı yaxınlığında yerləşən kiçik bir tarixi təpəyə deyilir ki, Aşura günü Həzrət Zeynəb (s.ə) qaçaraq bu təpənin üzərinə çıxmış və döyüş meydanına baxmışdır.[9] 1978-ci ildə nisbətən hündür olan bu məqamdakı tikilinin yenidən inşa edilməsinə başlanılmış və indi buranın ərazisi 175 kvadrat metrə çatmışdır.

Məqam əvvəllər yalnız məhdud sayda ziyarətçi qəbul edə bilirdisə, indi onun ərazisi daha da genişləndirilmişdir.[10]

  1. The oldest photo of Tall al-Zaynabiyya Arxivləşdirilib 2018-10-11 at the Wayback Machine mashreghnews.ir Retrieved 11 Oct 2018
  2. Ale-Ta'mah, Torath al-Karbala, P. 129
  3. Where is Tall Zaynabiyya? Arxivləşdirilib 2018-10-11 at the Wayback Machine porsemanequran.com Retrieved 11 Oct 2018
  4. Al-Tall Al-Zaynabiyya Arxivləşdirilib 2018-10-11 at the Wayback Machine tasnimnews.com Retrieved 11 Oct 2018
  5. Muhaddith, Farhang-e-Ashura, P. 119
  6. Zaynab on the top of Tall-Zaynabiyya Arxivləşdirilib 2018-10-11 at the Wayback Machine ashoora.ir Retrieved 11 Oct 2018
  7. Tall Zaynabiyya, Hazrat Zaynab Arxivləşdirilib 2018-10-12 at the Wayback Machine tasnimnews.com Retrieved 11 Oct 2018
  8. "Təlli-Zeynəbiyyə ziyarətgahı yeni görkəmdə — Foto". 2024-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-17.
  9. The oldest photo of Tall al-Zaynabiyya Arxivləşdirilib 2018-10-11 at the Wayback Machine mashreghnews.ir Retrieved 11 Oct 2018
  10. Təlli-Zeynəbiyyə ziyarətgahı yeni görkəmdə — Foto