Təmizlik — insanın sağlamlığı və təbiətin mühafizəsi üçün lazım olan vacib amil. Böyük alimlər təmizliyi aşağıdakı mövzularla tədqiq etmişdir:
Fərdi təmizlik deyiləndə bədən təmizliyi nəzərdə tutulur. Buradan da cilt, əl, ağız, burun, göz təmizliyi, saç, dırnaq, qoltuqaltı, üz, diş və ayaq baxımı nəzərdə tutulur. Dünya Səhiyyə Təşkilatının bədən təmizliyi, əl təmizliyi, ağız və diş baxımının əhəmiyyəti və mühafizəsi yollarına aid materiallar mövcuddur. Ancaq Dünya Səhiyyə Təşkilatının dırnaqların yoluxucu xəstəliklərdəki təsirinə, tüklərin təmizliyinə və yoluxucu xəstəliklərdəki roluna aid ciddi nəşrləri yoxdur.
Fərdi təmizliyə baxmayaraq insan ətrafdan xəstəlik tapa bilər. İnsan nə qədər təmiz olursa olsun, ətraf mühiti təmiz olmasa, heç bir şeyə toxunmasa belə hava, külək, böcəklər və digər daşıyıcılar üzündən xəstələnə bilər.
Ətraf mühitin təmizliyini bu başlıqlar altında toplaya bilərik:
Dünya Səhiyyə Təşkilatı təmiz və yetərli suya çatma haqqını əsas insan haqqı qəbul etmişdir: "Bütün insanların sosial və iqtisadi vəziyyəti nə olursa olsun, təməl ehtiyaclarını qarşılayacaq təmiz və yetərli miqdarda içməli su əldə etməyə haqqı vardır." (Birləşmiş Millətlər Konfransı, 1977)