Avqust Strindberq

Yuhan Avqust Strindberq (isv. Johan August Strindberg d. 1849 – ö. 1912) — isveç yazıçısı, dramaturqu, rəngkar, müasir isveç ədəbiyyatının və teatrının banisi. Onun yaradıcılığı bir neçə roman, hekayə, dram və çoxlu sayda şeir və məktublardan ibarətdir. Bunlar İsveç ədəbiyyatının klassikası hesab edilir. O, dünyada ən çox dramaturq kimi tanınır. Strindberq həmçinin isveç dilinin novatoru hesab edilir.

Yuhan Avqust Strindberq
isv. Johan August Strindberg
Təxəllüsü Härved Ulf
Doğum tarixi
Doğum yeri Stokholm
Vəfat tarixi
Vəfat yeri Stokholm
Vəfat səbəbi mədə xərçəngi
Dəfn yeri
Milliyyəti isveç
Təhsili
Fəaliyyəti yazıçı, dramaturq, jurnalist, rəngkar
Fəaliyyət illəri 1869-1912
Əsərlərinin dili isveç dili, fransız dili
İstiqamət naturalizm, simvolizm[4]
İmza
Vikimənbənin loqosu Avqust Strindberq Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Strindberq 1849-cu ildə Stokholm şəhərində doğulub. Atasının birinci ailəsinin 8 uşağından 3-cüsü olub. O, dissiplinli, dindar və mədəni ailədə böyüyüb. 1867-ci ildə gimnaziyanı bitirib, Uppsala universitetinə daxil oldu və estetika və xarici dilləri öyrənməyə başladı. Lakin maddi vəziyyətin çətinliyindən yarım semestr sonra təhsili yarımçıq qoydu. Sonra o, bir müddət məktəb müəllimi və repetitor kimi işlədi. Strindberq aktyor olmağa çalışdı, 1869-cı ildə Kral Teatrına (Kungliga Teatern) şagird kimi qəbul oldu, lakin utancaqlıq səbəbindən davam edə bilmədi və 1870-ci ildə Uppsalaya qayıtmağa qərar verdi və elə həmin dövrdən yazmağa başladı. Onun yazmaq istedadı perspektivli idi və bu, XV Karlın diqqətini cəlb elədi. O, Strindberqə təhsilini davam etməsi üçün təqaüd ayırdı. Daha sonra o, yenə maliyyə çətinliyinə görə təhsilini ataraq paytaxta qayıdır və müxtəlif jurnallarda incəsənət haqda tənqidi məqalələr yazmağa başlayır. 1874-cü ldə "Gündəlik Xəbərlər" də (Dagens Nyheter) jurnalist kimi, eyni zamanda "Kral Kitabxanası"nda (Kungliga Biblioteket) köməkçi kimi işləyir. 1877-ci ildə isə evlənir.Ümumiyyətlə Strindberq üç dəfə evli olub. Strindberq 1902-ci ildə Stockholmda vəfat edib.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
Avqust Strindberq Stokholm, Tegnérlundenda yerləşən heykəli

Avqust Strindberqin ilk tarixi pyesi Mester Ulof (Mäster Olof) 1877-ci ildə yazılıb, lakin 4 il sonra qəbul edilib. İnsanlar bu pyesə o qədər də maraq göstərmədilər. Ona böyük məşhurluq gətirən "Qırmızı otaq" (Röda Rummet,1879) romanı böyük müzakirələrə səbəb oldu. Bu əsərdə Strindberq öz dövrünün isveç cəmiyyətini, feodalizmin qalıqlarını, yeni burjua qaydalarını tənqid edir. Dövlətin inkişafında axmaq bürokratiyanı, parlamentarizmin komediyasını, mətbuatın satqınlığını, dini və xeyriyyə cəmiyyətlərinin ikiüzlülüyünü, dövlər şirkətlərinin saxtakarlığını, incəsənətin kapitalizmdən asılılığını qınayır. Əsərin müsbət qəhrəmanları – rəssamlar, alimlər, yoxsulluq içində yaşamağa, məhv olmağa, sahibkarlara satılmağa məcbur olan insanlardır. "İsveç xalqının tarixi" əsərində və tarixi novellalarda (Svenska oden och oventyr, 1882-1883) o, tarixə demokrat gözü ilə baxmağa, xalqın tarixini yaratmağa, tarixi faktların rolunu vurğulamağa çalışıb. Özünün 7 cildlik avtobioqrafiyasının birinci hissəsində ("Qulluqçunun oğlu" (Tjänstekvinnans son), "Ruhun inkişafı", 1886) Strindberq monarxiyanın ləğv edilməsini, təhsildə reformu dəstəkləmiş, sənayedə kapitalın tətbiqinin yoxsulluğa gətirib çıxarmasını göstərmişdir. Dövlətin və mühafizəkar mətbuatın təqibi nəticəsində 1882-ci ildə vətəni tərk etmiş və Fransa, İsveçrə, Almaniya, Danimarkaya səyahət etmişdir. Yaradıcılığının birinci dövründə pozitivizm, azad söz, darvinizm mövqesində olmuş, dinə qarşı çıxmış, sosial bərabərlik, pasifizm, internasionalizm müdafiəçisi kimi özünü göstərmişdir. Skandinaviyanı zəbt etmiş feminizm onu çaşdırırdı və o, bu mövzuda proqressiv deyildi. O, isveç cəmiyyətini tənqi edən əsərlər yazmağa davam edirdi, nağılı ictimai satira ilə birləşdirib, "Xoşbəxt Perin səyahəti" (Lycko Pers resa, 1882) daxil olmaqla şeirlər toplusu və bir neçə pyes çap etdirdi. 80-ci illərin əvvəli 90-cı illərin sonunda sənaye kapitalizminin güclənməsi təsiri altında sinfi ziddiyyətlərin intensivləşməsi, sosial-demokrat partiyanın yaranması ilə isveç radikal demokrat ziyalılar fəhlə hərəkatından uzaqlaşmağa başladılar. Strindberq əxlaqsız qadınların kişiləri özlərindən asılı vəziyyətə salmasını öz əsərlərində yorulmadan təsvir edirdi ("Ata" (Fadren), "Yoldaşlar" (Kamraterna), Madmuazel Yuli (Fröken Julie), "Kreditorlar" (Fordringsegare) dramları, "Evlilər" (Giftas) hekayələr toplusu, "Dəlinin sözləri" (En dares för svarstal), "Qotik otaqlar (Götiska rummer) povestləri). "Evlilər" əsərində qadınların davranışını pisləyir. "Ata" pyesi 1887-ci ildə Kopenhagendə tamaşaya qoyulur. "Madmuazel Yuli" H.İbsenin "Hedda Qabler" (1890) dramını qabaqlayır. "Hemsö sakinləri" (Hemsöborna, 1887) romanında cinslər arasındakı düşmənçilik haqda yazmişdir. Yaradıcılığının ikinci dövründə əsərlərin mərkəzində yüksək mədəniyyət, güclü insan dayanır. "Gustav Vasa", "XIV Erik", "Gustav Adolf" və s. kimi əsərlər bu dövrə aiddir.Nəhayət yaradıcılığının üçüncü dövründə o, pozitivizmdən, elmə inamdan uzaqlaşır, katolisizmə, magiyaya, astralogiyaya meyl edir. "Cəhənnəm" (İnferno, 1997), "Əfsanələr" (Legender, 1898) və s.bu dövrə aiddir. "Dəməşqə yol" (Till Damaskus, 1898) əsərində özündə dini inancların yaranmasından danışır. Ç.Darvin, S.Kierkegor, Q.Brandes, RussoNitsşe onun yaradıcılığına təsir etmişlər. Ümumiyyətlə Strindberqin əsərlərində İsveçin kəndli-aqrar ölkədən inkişaf etmiş ölkəyə çevrilməsi prosesi əks olunur.Strindberqin yaradıcılığı naturalizmdən başlayır, espressionizmlə sona çatır. Ömrünün son illərində Strindberq Stokholmda qapalı həyat tərzi keçirərərk oçerk və dramlar üzərində möhkəm işləməyə başlayır. Bu dövrün əsərlərindən "Mavi kitab" (En blå bok, 1907-1912), "Tənha" (Ensam, 1903) romanları diqqəti cəlb edir.Onun eksperimental teatr yaratmaq arzusu da həyata keçir.1907-ci ildə "İntim teatr" açılır.Onun teatr üçün son işi "Böyük yol" (Stora landvägen, 1909) olub.

Şəhər-1903 Stokholm, Nationalmuseum
  • «Мester Uluf» — pyes, 1872, 1874, 1877
  • «Qırmızı otaq» — roman, 1879
  • «Yeni çarlıq» — povest, 1882
  • «Nikah haqda hekayələr» — məcmuə, 1884-86
  • «Həqiqətdə reallıq» — novella toplusu, 1885
  • «Qulluqçunun oğlu» — roman, 1886-87
  • «Ata» — pyes, 1887
  • «Yoldaşlar» — pyes, 1887
  • «Hemsö sakinləri» — roman, 1887
  • «Dəlinin etirafları» — roman, 1888
  • «Madmuazel Yuli» — pyes, 1888
  • «Qustav Vasa» — pyes, 1899
  • «Кreditorlar» — pyes, 1889
  • «Çandala» — povest, 1889
  • «XIV Erik» — pyes, 1899
  • «Arxipelaq» — roman, 1890
  • «Cəhənnəm» — avtobioqrafik kitab, 1897
  • «Əfsanələr» — avtobioqrafik kitab, 1897
  • «Dəməşqə yol» — trilogiya, 1898—1904
  • «XII Karl» — pyes, 1901
  • «Ölümün rəqsi» — pyes, 1901
  • «Enqelbrekt» — pyes, 1901
  • «Yuxuların oyunu» — pyes, 1902
  • «Кristina» — pyes, 1903
  • «Tənha» — roman, 1903
  • «Qotik otaqlar» — roman, 1904
  • «Qara lentlər» — roman, 1905
  • «Ruhların sonatası» — pyes, 1907
  • «Mavi kitab» — publisistika, 1907-08
  • «İntim Teatra açıq məktub» — publisistika, 1909
  • «İsveç xalqına müraciət» — puplisistika, 1910

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Olsson U. Johan August Strindberg. S. 679.
  2. Strindberg, JOHAN AUGUST // https://www.svenskagravar.se/gravsatt/a09c7486-d0f0-4503-a820-e5122bd23002. Svenskagravar.se.
  3. Korset över August Strindberg. norrabegravningsplatsen.se.
  4. RKDartists (nid.).