Tənha kişi (roman)

Tənha kişiKristofer İşervudun 1964-cü ildə nəşr edilmiş romanıdır.

Tənha kişi
A Single Man
Müəllif Kristofer İşervud
Janr LGBT ədəbiyyatı[d]
Orijinalın dili ingilis dili
Ölkələr ABŞ ABŞ
Orijinalın nəşr ili 1964
Səhifə 186 səh.

Romanda hadisələr 1962-ci ildə baş verir. Romanın baş qəhrəmanı Los-Anceles Universitetinin professoru olan orta yaşlı ingilis Corcdur. Ola bilsin ki, romanda İşervudun bir müddət dərs dediyi Los-Anceles Kaliforniya Dövlət Universiteti təsvir edilmişdir.

2009-cu ildə moda dizayneri Tom Ford romanın film adaptasiyasını hazırlamış, lakin bu adaptasiyada süjet xəttinə bəzi kiçik dəyişikliklər edilmişdir.[1] Filmdə Corc rolunu Kolin Fört canlandırmış, premyera isə 66-cı Venesiya Beynəlxalq Film Festivalında baş tutmuşdur. Film Qızıl Şir mükafatına namizəd göstərilmiş, Kölin Fört isə Volpi Kuboku qazanmışdır.[2] Eyni zamanda film üç Qızıl Qlobus mükafatı qazanmış, Oskar mükafatına namizəd göstərilmişdir.

Los-Anceles Universitetlərinin birində dərs deyən Britaniyalı ədəbiyyat professoru Corc tək yaşayır, çünki onun partnyoru Cim səkkiz ay əvvəl avtomobil qəzasında həlak olmuşdu. Onlar on altı il idi ki birlikdə yaşayırdılar. Sevgilisinin ölümündən sonra, Corc yuxuda tez-tez kabusları görür və çox vaxt depressiya halında olur, bu da qismən ona görə ki, o öz homoseksuallığını hamıdan gizli saxlayır.

Bu səhər Corc həmişə olduğu kimi tezdən oyanır və hazırlaşır. Baş qəhrəmanın xatirələri vasitəsilə, onun öz partnyorunun ölüm xəbərini eşitdiyi zaman həyəcanı və pərişan vəziyyəti təsvir edilir. Məhz onun Corc adlı əmisi hadisə barədə ona hər şeyi açıqlayır. Telefon danışığında Falkoner Cimminin valideynlərinin ona ölüm barədə məlumat vermək istəmədiklərini və "yalnız sıx ailə üzvlərinin" iştirakına görə hətta onun dəfnində iştirak etməyə belə icazə vermədiklərini öyrənir.

Daha sonra Falkoner eşitdiyinin təsiri altında tapançasını portfelinə qoyur, qulluqçusuna hər şeyə görə minnətdarlığını bildirərək işə gedir. O, öz həyatını intihara hazırlayır. Öz mühazirələrində kitab icmalında olan real problemlərdən yayınaraq, qorxu nəticəsinə azlıqlara olunan ayrı-seçkilik barədə söhbət etməyə başlayır. Onun tələbələrindən biri, Kenni dərsdən sonra onun arxasınca gedərək, dərsdəki mühazirə haqqında onunla söhbət etmək istədiyini deyir. Bundan əvvəl Kenni öz professorunun yaşadığı ünvanla maraqlanmışdı.

Planlaşdırdığı intihara görə, Falkoner çalışdığı ofis kabinetini azad edir və son dəfə öz iş yerinə nəzər salır. O, dayanacaqda yenidən Kenni ilə qarşılaşır, o da professoru ilə maraqlandığını və onu birlikdə kafelərin birində qəhvə içməyə dəvət etdiyini bildirir. Falkoner bu dəvəti qəbul etmir. Bunun əvəzinə o, banka gedərək öz şkafından bütün kağızları, pul və hətta anasının nişan üzüyünü götürür. Həmçinin çimərlikdə onun çılpaq uzanmış köhnə partnyorunun fotoşəkli lazımi əşya kimi götürülür. Budur, daha bir ağ-qara çalarda olan keçmişə qayıdış, orada hər kəs Falkonerin və onun dostunun dənizin sahilində uzanaraq necə əyləndiklərini görür. Auditoriya bilir ki, bir neçə il bundan öncə Falkoner və onun ən yaxın dostu Çarli (Şarlotta) arasında dəfələrlə cinsi əlaqələr olmuşdur; Cimminin isə o vaxtlar yalnız başqa kişilərlə münasibətləri var idi.

İntihara artıq hazır olduğu özünə inandırmağa çalışan Falkoner bankın foyesində Corc və qonşu qızla rastlaşır. Həmin qız ona özünün evindəki əqrəbindən və bir vaxtlar qardaşı ilə onu necə yedizdirdiyi haqqda danışmağa başlayır. Qız "səmimi qardaşın" bir gün atılmasının qaçılmaz olduğunu deyərək, bu sözlərin əslində Falkonerə aid olduğunu göstərir. Tezliklə qızın anası gələrək, Corcu axşam yeməyinə dəvət edir.

Evə qayıdandan sonra, o, özünü güllələmək istəyir. Bununla belə, o, ətrafı çirkləndirməyi heç də istəmir və buna görə də, o silahın necə tutmağın müxtəlif versiyalarını yoxlayır. Onun intiharını Çarli tərəfindən edilən gözlənilməz zəng dayandırır. Corc Çarli ilə onun evində görüşməyi razılaşır. Evdə onlar yemək yeyir, rəqs edir, siqaret çəkir və cin içirlər. Sərxoş olduqdan sonra isə, onlar bütövlükdə öz əzablarını bir-biri ilə bölüşürlər. Çarli onun yeganə qızının artıq böyüdüyünü deyərək, özünün boşanmış evdar qadın rolunun artıq tamamilə perspektivsiz olduğunu deyir. Onun Corcdan xoşu gəlir və partnoyoru Cimminin "dərindən zərər verən əvəzləyici" olduğunu deyir. O, bütün dediyi ifadələrin hər halda uzun illər çəkdiyi qısqanclıq hisslərinə əsaslandığını bildirir. Axşama yaxın Corc barda yenidən Kenni ilə görüşür. Görüş zamanı Corc əvvəlki xatirələri yenidən canlanır.

Kenni və Falkoner qocalma və ölüm, həyatın mənası və bütün bunların nəticəsi haqqında danışırlar. Onlar ümumi nəticəyə gəlirlər ki, "həyatın anında" yaşamaq ən lazımi bir şeydir. Hər iki yeni dost dənizdə çılpaq üzməyi qərara alırlar və burada Falkoner başından aldığı zərbədən danışır. Daha sonra Kenni Falkonerin yaşadığı evə gedir və burada dostunun ölmüş sevgilisi Cimminin çılpaq fotoşəklinə baxır. Kenni və Falkoner alkoqollu içkilərdən sərxoş olaraq birlikdə yatmağı qərara alırlar. Ancaq bir az sonra oyanan Falkoner, Kennini divanda yatdığını görür. Həmin divanda o, özünün tapançasını aşkar edir və buna görə başlanğıcda təəccüblənir. Falkoner anlayr ki, oğlan gəsdən onun tapançasını gizlədib ki, o özünə sui-qəsd edə bilməsin. Bu ədalətli bir hərəkət idi və ilk dəfə olaraq öz partnyorunun ölümündən sonra o, yenidən öz cəsarət və məmnuniyyət hissini əldə edir. O yatmaq istəyən zaman, birdən sinəsində kəskin ağrı hiss edir və yerə yıxılır. O, ürək tutması nəticəsində ölür.

  • Corc
  • Cim
  • Cənab Strank
  • Xanım Strank
  • Cənab Qarfeyn
  • Xanım Qarfeyn
  • Şarlotta
  • Kenni Potter
  • Lois
  • Rass Dreyer
  1. Summers, Claude J. "A Single Man: Ford's Film / Isherwood's Novel". glbtq.com. February 1, 2010. February 6, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 03 aprel 2015.
  2. "66th Venice International Film Festival Official Awards". labiennale.org. 6 October 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 03 aprel 2015. (#invalid_param_val)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • A Single Man, əsərin mətni Minnesota Universitetinin onlayn kitabxanasında (ingiliscə).