Tənha kişi (film, 2009)

Tənha kişi (ing. A Single Man) — 2009-cu ildə Kristofer İşervudun eyni adlı romanı əsasında çəkilmiş ABŞ dram filmidir. Tom Fordun debüt işi olan filmdə əsas rolu Kolin Fört canlandırmışdır. Filmdə Cənubi Kaliforniyadakı Britaniya Universitetində 1962-cu ildə professor işləmiş depressiv gay Corc Falkoner obrazına görə Kolin Fört “Ən Yaxşı Aktyor” nominasiyasında Oskar mükafatına namizəd göstərilmişdir.

Tənha kişi
A Single Man
Janr dram filmi
Əsas mövzu intihar
Rejissor Tom Ford
Prodüserlər Tom Ford
Endryu Miano
Robert Salerno
Kris Veytz
Ssenari müəllifləri Tom Ford, Devid Siyrs
Baş rollarda Kolin Fört
Culianna Mur
Mettyu Qud
Nikola Hoult
Operator Eduard Qrau
Bəstəkar Abel Korzeniovski
Distribütor The Weinstein Company[d], Netflix
İlk baxış tarixi 11 sentyabr 2009
(Venesiya Film Festivalı)
14 sentyabr 2009
(Toronto Film Festivalı)
11 dekabr 2009
(ABŞ)
Müddət 100 dəq.
Büdcə $7 milyon[1]
Gəlir $24.9 milyon[2]
Ölkələr ABŞ ABŞ
Dil ingilis dili
İl 2009
Rəng rəngli, ağ-qara[d]
Çəkiliş yeri Los-Anceles
IMDb ID1315981

Filmin premyerası 11 sentyabr 2009-cu ildə 66-cı Venesiya Beynəlxalq Film Festivalında baş tutmuşdur. Filmin 34-cü Toronto Beynəlxalq Film Festivalında göstərilməsindən sonra “The Weinstein Company” onun ABŞ və Almaniyada distribütorluq hüququnu əldə etmişdir. Filmin 82-ci Oskar mükafatlarına namizədliyini təmin etmək üçün ABŞ-də 11 dekabr 2009-cu ildən məhdud yayıma başlanmış, 2010-cu ildən isə filmin geniş yayımına start verilmişdir.[3]

border=none Əsas məqalə: Tənha kişi (roman)
Film boyu əsas qəhrəman Corcun gözündə Tom Ford brendinin istehsalı olan "Falconer" eynəyi olur

Filmdə baş verən əsas hadisələr bir gün ərzində, yəni 30 noyabr 1962-ci ildə baş verir, süjet isə, Los-Anceles Universitetlərinin birində dərs deyən Britaniyalı ədəbiyyat professoru Corc Falkoner barədə bəhs edir. Falkoner tək yaşayır, çünki onun partnyoru Cim səkkiz ay əvvəl avtomobil qəzasında həlak olmuşdu. Onlar on altı il idi ki birlikdə yaşayırdılar. Sevgilisinin ölümündən sonra, Corc yuxuda tez-tez kabusları görür və çox vaxt depressiya halında olur, bu da qismən ona görə ki, o öz homoseksuallığını hamıdan gizli saxlayır.

Bu səhər Corc həmişə olduğu kimi tezdən oyanır və hazırlaşır. Baş qəhrəmanın xatirələri vasitəsilə, onun öz partnyorunun ölüm xəbərini eşitdiyi zaman həyəcanı və pərişan vəziyyəti təsvir edilir. Məhz onun Corc adlı əmisi hadisə barədə ona hər şeyi açıqlayır. Telefon danışığında Falkoner Cimminin valideynlərinin ona ölüm barədə məlumat vermək istəmədiklərini və "yalnız sıx ailə üzvlərinin" iştirakına görə hətta onun dəfnində iştirak etməyə belə icazə vermədiklərini öyrənir.

Daha sonra Falkoner eşitdiyinin təsiri altında tapançasını portfelinə qoyur, qulluqçusuna hər şeyə görə minnətdarlığını bildirərək işə gedir. O, öz həyatını intihara hazırlayır. Öz mühazirələrində kitab icmalında olan real problemlərdən yayınaraq, qorxu nəticəsinə azlıqlara olunan ayrı-seçkilik barədə söhbət etməyə başlayır. Onun tələbələrindən biri, Kenni dərsdən sonra onun arxasınca gedərək, dərsdəki mühazirə haqqında onunla söhbət etmək istədiyini deyir. Bundan əvvəl Kenni öz professorunun yaşadığı ünvanla maraqlanmışdı.

Planlaşdırdığı intihara görə, Falkoner çalışdığı ofis kabinetini azad edir və son dəfə öz iş yerinə nəzər salır. O, dayanacaqda yenidən Kenni ilə qarşılaşır, o da professoru ilə maraqlandığını və onu birlikdə kafelərin birində qəhvə içməyə dəvət etdiyini bildirir. Falkoner bu dəvəti qəbul etmir. Bunun əvəzinə o, banka gedərək öz şkafından bütün kağızları, pul və hətta anasının nişan üzüyünü götürür. Həmçinin çimərlikdə onun çılpaq uzanmış köhnə partnyorunun fotoşəkli lazımi əşya kimi götürülür. Budur, daha bir ağ-qara çalarda olan keçmişə qayıdış, orada hər kəs Falkonerin və onun dostunun dənizin sahilində uzanaraq necə əyləndiklərini görür. Auditoriya bilir ki, bir neçə il bundan öncə Falkoner və onun ən yaxın dostu Çarli (Şarlotta) arasında dəfələrlə cinsi əlaqələr olmuşdur; Cimminin isə o vaxtlar yalnız başqa kişilərlə münasibətləri var idi.

İntihara artıq hazır olduğu özünə inandırmağa çalışan Falkoner bankın foyesində Corc və qonşu qızla rastlaşır. Həmin qız ona özünün evindəki əqrəbindən və bir vaxtlar qardaşı ilə onu necə yedizdirdiyi haqqda danışmağa başlayır. Qız "səmimi qardaşın" bir gün atılmasının qaçılmaz olduğunu deyərək, bu sözlərin əslində Falkonerə aid olduğunu göstərir. Tezliklə qızın anası gələrək, Corcu axşam yeməyinə dəvət edir.

Evə qayıdandan sonra, o, özünü güllələmək istəyir. Bununla belə, o, ətrafı çirkləndirməyi heç də istəmir və buna görə də, o silahın necə tutmağın müxtəlif versiyalarını yoxlayır. Onun intiharını Çarli tərəfindən edilən gözlənilməz zəng dayandırır. Corc Çarli ilə onun evində görüşməyi razılaşır. Evdə onlar yemək yeyir, rəqs edir, siqaret çəkir və cin içirlər. Sərxoş olduqdan sonra isə, onlar bütövlükdə öz əzablarını bir-biri ilə bölüşürlər. Çarli onun yeganə qızının artıq böyüdüyünü deyərək, özünün boşanmış evdar qadın rolunun artıq tamamilə perspektivsiz olduğunu deyir. Onun Corcdan xoşu gəlir və partnoyoru Cimminin "dərindən zərər verən əvəzləyici" olduğunu deyir. O, bütün dediyi ifadələrin hər halda uzun illər çəkdiyi qısqanclıq hisslərinə əsaslandığını bildirir.

Axşama yaxın Corc barda yenidən Kenni ilə görüşür. Görüş zamanı Corc əvvəlki xatirələri yenidən canlanır.

Kenni və Falkoner qocalma və ölüm, həyatın mənası və bütün bunların nəticəsi haqqında danışırlar. Onlar ümumi nəticəyə gəlirlər ki, "həyatın anında" yaşamaq ən lazımi bir şeydir. Hər iki yeni dost dənizdə çılpaq üzməyi qərara alırlar və burada Falkoner başından aldığı zərbədən danışır. Daha sonra Kenni Falkonerin yaşadığı evə gedir və burada dostunun ölmüş sevgilisi Cimminin çılpaq fotoşəklinə baxır. Kenni və Falkoner alkoqollu içkilərdən sərxoş olaraq birlikdə yatmağı qərara alırlar. Ancaq bir az sonra oyanan Falkoner, Kennini divanda yatdığını görür. Həmin divanda o, özünün tapançasını aşkar edir və buna görə başlanğıcda təəccüblənir. Falkoner anlayr ki, oğlan gəsdən onun tapançasını gizlədib ki, o özünə sui-qəsd edə bilməsin. Bu ədalətli bir hərəkət idi və ilk dəfə olaraq öz partnyorunun ölümündən sonra o, yenidən öz cəsarət və məmnuniyyət hissini əldə edir. O yatmaq istəyən zaman, birdən sinəsində kəskin ağrı hiss edir və yerə yıxılır. O, ürək tutması nəticəsində ölür.

Aktyorlar və personajlar

[redaktə | mənbəni redaktə et]
  • Kolin FörtCorc Karlayl Falkoner, kollecdə ingilis ədəbiyyatı fakultəsinin professoru olan Falkoner sevgilisi Cimin avtomobil qəzasında ölümündən sonra ağır depressiya yaşayır. Həyatın mənasını anlamağa çalışan Corc intahara hazırlaşsa da, kollecdə tanış olduğu tələbələrindən birinin isti münasibəti onu fikrindən daşındırır.
  • Culianna MurŞarlotta (Şarli), Corcun yaxın rəfiqəsi olan Şarli içki düşkünüdür. Ən çətin anlarında ona dəstək olduğuna görə Corc Şarlini sevir. Bir zamanlar onların arasında romantik münasibətlər də olmuş, lakin, Corcun Cimə aşiq olmasından sonra bu münasibətlər davam etməmişdir.
  • Metyu Qud — Cim, Corcun sevgilisidir. Yaşca xeyli kiçik olmasında baxmayaraq Corc və Cim arasında məhəbbət yaranır və onlar birlikdə yaşamağa başlayırlar. Lakin, Cimin avtomobil qəzasında ölümü onların birliyinə son qoyur.
  • Nikolas Holt — Kenni Potter, Corcun işlədiyi kollecdə təhsil alan Kenni, müəlliminin dərsdə səsləndirdiyi fəlsəfi fikirlərdən təsirlənərək ona yaxınlıq hiss edir. İlk cəhdlər uğursuz olmasına baxmayaraq o, Corcla münasibət qurmağa nail olur. Filmin sonunda Kenni Corcu intahar fikrindən daşındırır.
  • Con Kortajarena — Karlos, Corcun təsadüfən marketdə tanış olduğu fahişədir. Özünü Corca təklif etsə də, Corc bundan imtina edir və Cimin xatirəsinə sadiqliyini saxlayır.
  • Cinnifer QudvinXanım Strank, Corcun qonşusudur, mümkün qədər nəzakətli davranmağa çalışır.
  • Teddi Sirs — Cənab Strank, Corcun qonşusudur, homofobik fikirlərinə görə Corca pis münasibət bəsləyir.
  • Rayan Simpkins — Cennifer Strank, Stranklar ailəsinin övladıdır. Azyaşlı qızcığaz bankda söhbəti zamanı təsadüfən atasının Corca qarşı fikirlərini dilə gətirir.
  • Polett Lamori — Alva, Corcun evində xidmət edən xanımdır. Corc intahar etməyi planlaşdırdığı gün evdən çıxarkən ona təşəkkür edərək vidalaşır.
  • Li Pis — Qrant Lefanu, Corcun iş yoldaşıdır.
  • Erin Deniels — Bank işçisi.
  • Alayni Ueber — Lois, Corcun işlədiyi kollecin tələbəsidir.
  • Con Hemm — Harold Akerli, Cimin kuzenidir. Filmdə onun yalnız səsi eşidilir. Harold Corca zəng edərək avtomobil qəzası haqqında məlumat verir. Aktyor Con Hemmin adı filmin titrlərində qeyd edilmir.[4]
Filmin rejissoru Tom Ford 2009-cu ildə Venesiya Film Festivalının açılışında.

Moda dizayneri Tom Ford birinci dəfə özünü rejissor kimi sınadığından filmi də özü maliyyələşdirmişdir.[5] Filmdə 1960-cı illərin mədəniyyəti xüsusi vurğulanır; filmin dekorasiyalarını, AMC telekanalında yayımlanan və hadisələrin eyni dövrdə baş verdiyi “Axmaqlar” serialının da dekorasiyalarını hazırlamış komanda istehsal etmişdir. “Axmaqlar” serialının ulduzu Con Hemm filmdə Corcun sevgilisinin kuzeninin səsini canlandırsa da, aktyor heyəti sırasında onun adı göstərilməmişdir.[6] Əsas personaj Corc Falkonerin yaşadığı ev 1948-ci ildə Con Lotner tərəfindən, Frenk Lloyd Raytı tərk etdikdən sonra dizayn edilmiş ilk evdir.[7]

Kristofer İşervudun romanında əsas qəhrəmanın yalnız adı bilinir: Corc. Lakin filmin orijinal ssenarisində onun adı tam olaraq Corc Karlayl Falkoner kimi göstərilir. Karlayl Tom Fordun ikinci adıdır, Flakoner isə Tom Fordun birinci sevgilisi illüstrator Yan Falkonerin soyadı, eyni zamanda Tom Ford brendinə məxsus günəş eynəklərinin adıdır. Tom Ford Kristofer İşervudun əsərini ekranlaşdırması haqqında suala cavab verərkən qeyd edir ki, "Onun əsərlərində ən çox sevdiyi xüsusiyyətlərdən biri hooseksualizmə yanaşmasıdır. Onun əsərlərinin bir çoxu avtobioqrafik xarakter daşıyır və buna görə də çoxlu gay obrazlara rast gəlmək olur, lakin bu heç vaxt hekayənin əsasını təşkil etmir. Gay personaj öz həyatı olan adi insan kimi təsvir edilir, Corc və Cim arasındakı münasibəti oxuyarkən, mən hiss etdim ki, bu sevgini adi insan hissləri kimi təsvir etmək vacibdir. Mən istədim ki, gay və ya natural hekayəsi yox, adi insan hekayəsi olsun. Bizim təsvir etməyə çalışdığımız insan hissləri və iki insan arasındakı sevgidir." [8]

"The Huffington Post" qəzetinə verdiyi müsahibədə Tom Ford filmdə bəzi səhnələrin onun özünün həyatından götürüldüyünü bildirmişdi. Belə ki, filmdə Corc və Cimin divanda oturaraq kitab ("Metomorfozlar" və "Tiffanidə səhər yeməyi") oxuduqları səhnə var ki, bu səhnəni rejissor keçmiş sevgilisi Riçard Bakli ilə yaşadığı həyatdan ilhamlanaraq çəkmişdi.[9]

Culianna MurKolin Fört 2009-cu ildə.

Corc Falkoner rolu Kolin Förtə təklif olunarkən əvvəlcə cədvəl tutuşmazlığı səbəbiylə roldan imtina etmişdi. Müxtəlif səbəblərə görə filmin çəkiliş vaxtı dəyişdirildikdən sonra Kolin Fört rolu canlandırmağa razılaşmışdır. Tom Ford bu haqqda deyir:

" Kolin [Fört] mənim ilk seçimim idi. Biz eyni agentə malik idik, mən ilk başlanğıcda onun məşğulluğunu yoxladım, mənə dedilər ki, ‘Onut onu. O bunu edir. Obunu edir və edəcək.’ Mən məsləhət görüldüyü kimi, rol üçün başqa aktyor axtarmağa başladım. Biz Kolinlə Londonda "Mamma Mia!" filminin premyerasında görüşdük. Mən onun yanında dayanıb söhbət edirdim və bilirdim ki, onunla işləmək alınmayacaq, çünki mən başqa bir böyük aktyorla işləməyi qərarlaşdırmışdım, lakin, düşünürdüm ki, ‘İlahi. İnana bilmirəm ki, sən Corc olmayacaqsan. Axı sən bu rol üçün mükəmməlsən.’ Bir neçə həftə sonra digər aktyor layihədən uzaqlaşdı və mən kolindən mail aldım. Mən ona təcili cavab verdim və FedExlə təcili ssenarini göndərdim. Bir neçə gün sonra o, ssenarini oxuyaraq mənə təkrar mail yazdı. Onun ssenari ilə bağlı bir neçə sualları var idi. Mən təcili təyyarəyə atıldım və Nyu-Meksikodan Londona uçdum. On səkkiz saat sonra mən artıq orada idim. Biz birlikdə nahar etdik. O mənim evimə gəldi. Mən vizual görüntülər yaratmağa çalışaraq filmi ona təsvir etdim. Günün sonuna yaxın biz əl sıxaraq razılığa gəldik.[8] "

Filmdə Şarlotta (Şarli) obrazını canlandırmış aktrisa Culianna Mur filmdə oynamağa razılaşmış ilk aktyor olmuşdur. Tom Ford qeyd edir ki, "Mən ona ssenarini göndərdim və qeyd etdim ki, ümid edirəm rolu qəbul edəcək. Qısa zamanda cavab verən Culiana razı olduğunu bildirdi."[8]

“Tənha kişi” filmində kiçik bir rolu ispan manken və Tom Fordun protejelik etdiyi Con Kortaharen canlandırmışdır. Onun qəhrəmanı Kolin Förtün qəhrəmanının rastlaşdığı fahişəlik ilə məşğul olan gənc homoseksual oğlandır.

Romanın müəllifi Kristofer İşervudun sevgilisi portretist-rəssam Don Bakardi filmdə kameo-rol oynayıb. O, filmdə ingilis ədəbiyyatı kafedrasının əməkdaşı rolunda görünür və həmin səhnədə onun ayağında vaxtilə Kristofer İşervuda məxsus olmuş qırmızı corab var.

Tom Ford müsahibələrindən birində Kenni rolunun əvvəlcə daha məşhur bir aktyora (ehtimal ki, Cemi Bellə) verildiyini, lakin o, heç bir izah vermədən çəkilişlərin başlamasına beş gün qalana kimi yoxlamalara gəlməmişdi. Bu zaman Ford dinləmələr zamanı onda dərin təəssürat yaratmış Nikola Holtu xatırlamışdı. Rollardan biri üçün Viktoriya Silvstedt dinləmədən keçirilmişdi.

A Single Man Original Motion Picture Soundtrack
Abel Korzeniovski tərəfindən ifa olunmuş film musiqisi
Növü film musiqisi
Yayımlanma tarixi 22 dekabr 2009
Janr film musiqisi
Müddət 51:52
Leybl Relativity

"Tənha kişi" filminin orijinal film musiqisi bəstəkar Abel Korzeniovski tərəfindən yazılmışdır. Yazdığı musiqiyə görə bəstəkar Ən Yaxşı Orijinal Film Musiqisi nominasiyasında Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir. Filmin musiqi albomu 22 dekabr 2009-cu ildə satışa çıxarılmışdır. Filmdə Abel Korzeniovskinin orijinal musiqisindən başqa Etta Ceymsin ifasında "Stormy Weather", Co Staffordun ifasında "Blue Moon", Serj Gensburun ifasında "Baudelaire" mahnılarından və Alfredo Katalaninin "Valli" operasının birinci pərdəsindən "Ebben? Ne Andro Lontana" ariyası (Məryəm Qaucinin ifasında) istifadə olunmuşdur.[10]

Orijinal kompozisiya siyahısı
Başlıq Müddət
1. Stillness of the Mind 3:54
2. Drowning 1:48
3. Snow 1:15
4. Becoming George 3:51
5. George's Waltz 1:19
6. Daydreams 2:16
7. Mescaline 3:10
8. Going Somewhere 1:59
9. Variation on Scotty Tails Madeleine 1:52
10. Carlos 1:01
11. Swimming 1:39
12. And Just Like That 4:53
13. George's Waltz 3:18
14. Sunset 2:59
15. Clock Tick 2:07
51:52

Marketinq mübahisəsi

[redaktə | mənbəni redaktə et]

Filmin erkən kinoteatr posterində yanaşı uzanmış, qolları və çiyinləri bir-birinə toxunan Kolin Fört və Culianna Mur böyük planda təsvir edilmişdi. Bu ehtimala gətirib çıxardı ki, marketinq materiallarında daha geniş auditoriyanın rəğbətini qazanmaq üçün gey-tematika ixtisar olunmuş və ya qısaldılmışdır. Yeni nəşr olunmuş posterdə, Murun təsviri fon rejiminə köçürülmüşdü. Filmin orijinal treyleri Corc və Cim arasındakı münasibətlərə daha çox diqqət yetirir. Bununla belə, treylerdə öpüşlərin sayı azaldılır; məsələn Corc və Çarlinin öpüş səhnəsi saxlanılmasına baxmayaraq, Corc və Cimminin əlaqələri treylerdən çıxarılmışdı. Həmçinin treylerdə Corcun tələbə gözü ilə kişiyə sevgi baxışı səhnəsi silinir, lakin Corcun içki mağazasının kənarında hastler Karlosla görüşü, eləcə də Corc və Kenninin köynəksiz okean sahili boyunca qaçış səhnəsinin saxlanılmasına icazə verilir[11].

Baş verən ziddiyyətlərdən danışan Mur bildirir ki, rejissor Tom Ford filmin orijinal plakatını görərək, narahat şəkildə onun romantik komediyalara bənzədiyini deyir və təcili olaraq plakatda dəyişiklik edilməsinə göstəriş verir[12]. Tom Ford filmin yalnız gey və ya streyt (yəni heteroseksual) auditoriyasına ünvanlanmadığını qeyd edərək bunları demişdi: Mən düşünmürəm ki, film "de gey" üslubundadır. Deməliyəm ki, biz bir cəmiyyətdə yaşayırıq və bu, çox qəribədir. Məsələn siz HBO telekanalında kişinin tam frontal çılpaqlığını görə bilərsiniz, ancaq kinoda siz açıq kişi yanını göstərməyinizə pis baxacaqlar. Eləcə də, kişilərin bir-biri ilə öpüşməyinə baxmaq istəyən insan böyüklər üçün kontentdə öz yaşını bildirməlidir. Amma bu filmdə homoseksuallıq səhnələrinin uzaqlaşdırmaq cəhdi qabaqcadan düşünülmüş bir plan deyildi[13]. Başqa tərəfdən Kolin Fört marketinq haqqda bunları demişdi: Marketinq həqiqətən də aldadıcıdır. Məncə onlar bunu etməməlidirdər, çünki sanasiya etməyə heç bir lüzum yoxdur. Bu iki kişi arasındakı gözəl sevgi hekayəsidir və mən bunun gizlədilməsində heç bir məna görmürəm. İnsanlar filmi olduğu kimi qəbul etməlidirlər[14]. Yenidən dəyişdirilmiş poster barədə suallara Harvey Vaynşteyn yalnız bunları demişdi: Məndə hər şey qaydasındadır. Siz kifayət qədər məlumat əldə etmisiniz. Sağ olun[15]. Güncəl filmlərlə bağlı IndieWire internet saytının məsul redaktoru Piter Neqt, "Weinstein Company" şirkətinin daha sonra Oskar mükafatına daha asanlıqla nominasiya alması üçün treyleri geyləşdirdiyini açıqlamışdı[11].

Çıxarılması və qəbulu

[redaktə | mənbəni redaktə et]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]
Bəzi filmlərdə yeni heç nə yoxdu, tamamilə, lakin onların bəzilərində sevginin, itkinin, qarışıqlığın və həyata tab gətirməyin o qədər dərinliklərinə baş vurulur ki, istənilən halda insanlara elə gəlir ki, sanki onlar yeni bir kəşflə qarşılaşıblar.

— Maykl Filips, The Chicago Tribune[16]

Film tənqidçilərdən əsasən müsbət rəylər almış, xüsusilə Kolin Förtün rolu yüksək qiymətləndirilmişdir. “Rotten Tomatoes” aqqreqatorunda film 175 şərh əsasında 85% “təzə” reytinqə malikdir və saytın konsesusunda deyilir: “Moda dizayneri Tom Fordun debüt işində kostyumlar gözəl, sənət yönümü və Kolin Förtün performansı isə mükəmməldir."[17]Metacritic ” film aqqreqatorunda 35 tənqidçinin rəyi əsasında film (əsasən müsbət rəylər) balla qiymətləndirilmişdir.[18]

“NPR”-dən Bob Mondello qeyd edir ki, “Tənha kişinin hər kadrında çox incə, demək olar ki hiss edilməsi mümkün olan kədər insana təsir edir.”[16] “The Austin Chronicle”dan Mark Savlov yazır ki, “Filmin adından bağlanış titrlərinə qədər hər şey bir-birinə çox gözəl uyğunlaşır, lakin rolun Kolin Förtə, sifariş edilmiş gözəl kostyum qədər yaraşdığını vurğulamaq lazımdır.” [16]

Tom Ford Culianna Mur və Kolin Förtlə birlikdə 66-cı Venesiya Film Festivalının açılışında.

"The A. V. Club"-dan film tənqidçisi Natan Rabin də filmi bəyənənlər sırasındadır, o, filmə A- dərəcəsi verərək qeyd edir ki, “Tənha kişi, real hisslər bəxş edən möhtəşəm stilə malikdir, Förtün dağılmaqda olan dünyasını heç olmasa son gün qorumağa çalışan baş rol obrazını yaratması isə filmin məzmununu daha da dərinləşdirir.”[19] “Chicago Sun-Times”dan tənqidçi Rocer Ebert də Förtün rolunu qiymətləndirərək qeyd edir ki, “O, üzünü insanları qarşısına çıxarmağa çalışan biri kimi, rolunu möhtəşəm canlandırır. O, çox az emosiya ötürür və əlbəttə ki, kədərini onun gözlərindən oxumaq mümkün deyil.”[20]

Londonda nəşr edilən “The Times” qəzetində film “ürək dayandıran gözəllik...” adlandırılır və qeyd edilir ki, “Tənqidçilər tapılacaq ki, rejissorun keçmişi ilə bağlı fikir bildirməyə çalışacaqlar, lakin əmin olun: Tom Ford əsl tapıntıdır.”[21] “Variety” jurnalında qeyd edilir ki, “Çatışmazlıqlarına baxmayaraq film, parlaq və zəngindir. Moda dizayneri Tom Fordun heyrətləndirici debütüdür.” [22] "The Guardian"dan Endryu Pulver qeyd edir ki, "Faktiki olaraq — buna təəccüblənmək lazım deyil — Tom Ford müasir dövrün ən yaxşı əlaqələrə malik rejissorlarından biridir. O, çoxdan özünün məşhur aktrisalar və modellərin iştirakı ilə çəkdiyi seksual PR kompaniyaları və reklam videoları ilə məşhurdu. Onun bu fəaliyyətinin kuliminasiyası isə 2006-cı ildə "Vanity Fair" jurnalının üz qabığında Kira Naytlinin qulağını dişləyərkən, ayağının altında isə Skarlet Yohansson uzanmış təsviri hesab etmək olar. Qısacası, Ford qeyd kitabçasının gücündən xəbərdardır."[23]

Filmin in aktyor heyəti və rejissoru Venesiya Film Festivalında qırmızı xalça üzərində, soldan sağa:Metyu Qudi, Tom Ford, Culianna Mur, Kolin Fört, Nikola Holt, Con Kortajarena.

"Empire" jurnalından Yan Frir filmi beş ulduzluq sistemdə dörd ulduzla qiymətləndirərək qeyd edir ki, "Təkrar səslənsə də, Tənha kişi maraqlıdı. Emosional baxımdan canlı kinematoqrafiya, stil və məzmunun yaxşı uyğunlaması zövq oxşayandı. Həmçinin, Kolin FörtOskara layiqdir."[24] "The New York Times"dan Manola dargis qeyd edir ki, "Çexov və bir çox Hollivud rejissorları arasında belə bir aksiom var ki, əgər birinci pərdədə silah göstərilirsə, üçüncü pərdədə o gizlədilməlidi. Lakin, romanda aşkar dramatik səhnələr çox az olduğuna görə, ssenari müəllifliyini Devid Siyrslə bölüşən Cənab Ford bir neçə səhnədə ondan istifadə edir. Nağıl etmə vasitəsi olan silahdan bu cür istifadə edərkən, Ford, Pedro AlmodovarVonq Karvay kimi rejissorların yaradıcılığından ilhamlanmışdır. Fordun çəkdiyi bilbord qarşısında fahişə ilə görüş səhnəsində baxışlar, Hiçkokun "Psixo"sundan Canet Linin vəhşi baxışlarını xatırladır, anoloji çəkiliş Almodovarın "Anam haqqında hər şey" filmi üçün də xasdır və "Psixo"dakı kimi bu filmdə də seksual həyəcanlanmaya səbəb olur."[25]

"Entertainment Weekly"dən Ouen Qleyberman yazır ki, "Kolin Fört həmişə çox cazibədar aktyor, hətta demək olar ki, ürəkçalan olub, lakin gördüyümüz bütün filmlərdə, o, ağıllı, bir qədər özünə inamsızdır, bu hisslər onun hər gülümsəməsində və jestində əks olunur. Lakin Tənha kişi filmində mənə elə gəldi ki, onu ilk dəfə görürəm. Filmdə aktyor tamamilə fərqli bir auraya girib, bir qədər saraldılmış saçlar və geniş çiyinlər ona Rocer Mur görünüşü verib. Hər nə qədər Corc film boyu kədərli və depressiv olsa da, aktyor özündəki daxili işığı obraza əlavə etməyə nail olub. Kristofer İşervudun 1964-cü ildə yazdığı romana əsaslanan "Tənha kişi" filmində də, "Qozbel dağ" filmi kimi ironiyalar və hisslərlə zəngin hadisələr baş verir."[26]

Film 66-cı Venesiya Beynəlxalq Film Festivalında Qızıl Şir mükafatına namizəd göstərilmiş və festivalın ənənəvi Mavi Şir mükafatını qazanmışdır.[27] Filmdə canlandırdığı rola görə Kolin Fört festivalın Volpi Kuboku mükafatı qazanmışdır.[28] Film Baş rolda Ən Yaxşı Aktyor nominasiyasında BAFTA qazanmışdır.[29] Fört həm də Dram Bədii Filmində Ən Yaxşı Aktyor nominasiyasında Qızıl Qlobus mükafatına, Baş Rolda Ən Yaxşı Aktyor nominasiyasında Ekran Aktyorları Gildiyasının Mükafatına layiq görülmüş, Ən Yaxşı Aktyor nominasiyasında Oskar mükafatına namizəd göstərilmişdir.

Culianna Mur canlandırdığı rola görə Bədii Filmdə Ən Yaxşı İkinci Dərəcəli Aktrisa nominasiyasında Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir. Abel Korzeniovski Ən Yaxşı Orijinal Film Musiqisi nominasiyasında Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir. Film həm də Belçika Film Tənqidçiləri Sindikatının Qran-prisini əldə etmişdir.[30] 14 yanvar 2010-cu ildə film Müstəsna Film – Geniş Çıxış kateqoriyasında 21-ci GLAAD Media Mükafatına layiq görülmüşdür.[31] Filmin namizəd göstərildiyi və qazandığı mükafatların siyahısına aşağıdakı cədvəldən baxmaq olar.

  1. Anne Thompson (November 20, 2009). [https://web.archive.org/web/20100128061406/http://blogs.indiewire.com/thompsononhollywood/2009/11/20/a_single_man_ten_questions_for_tom_ford Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine "Sixteen Questions for A Single Man '​s Tom Ford"] Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine. Indiewire. Retrieved 4 aprel 2015.
  2. "A Single Man (2009)". Box Office Mojo. IMDb. June 8, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2015. (#invalid_param_val)
  3. Fleming, Michael; Swart, Sharon. "Weinsteins engage Single Man". Variety. September 14, 2009. September 23, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2015.
  4. Brown, Lane (December 10, 2009). "Don Draper Revealed as Single Man's Bearer of Bad News" Arxivləşdirilib 2011-04-14 at the Wayback Machine. New York. Retrieved 6 aprel 2015.
  5. Holson, Laura M. "Tom Ford: Design Director". The New York Times. December 2, 2009. December 3, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2015. (#invalid_param_val)
  6. Malkin, Marc. "Tom Ford Looking to Single Out Some Mad Men". E! Online. September 24, 2008. December 15, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2015. (#invalid_param_val)
  7. Tom Fordun DVD-də yayımlanmış rejissor şərhi. İstifadə:4 aprel 2015.
  8. 1 2 3 Wein, Steve; Traub, 'Frosty'. "Director Tom Ford Interview A SINGLE MAN". http://collider.com/. DECEMBER 7, 2009. August 6, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2015.
  9. Hall, Katy. "A Single Man Draws From Tom Ford's Relationship, Family Suicide". http://collider.com/. 02/08/2011. 2015-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2015.
  10. A Single Man Original Motion Picture Soundtrack Arxivləşdirilib 2021-12-02 at the Wayback Machine, allmusic.com, İstifadə:4 aprel 2015
  11. 1 2 "A Tale of Two Trailers: The De-Gaying of A Single Man". Indiewire. October 26, 2012. March 7, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2013.
  12. "Julianne Moore on the De-Gaying of A Single Man". BlackBookMag.com. 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-06.
  13. Shapiro, Gregg. "A singular man". Ebar. October 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2013.
  14. Voss, Brandon. "Colin Firth: Singled Out". Advocate. December 9, 2009. July 11, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2013.
  15. Vilensky, Mike. "Harvey Weinstein Explains A Single Man '​s Marketing, Sort of". NYMag.com. November 7, 2013. February 16, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2013.
  16. 1 2 3 Alexander Ryll. "Essential Gay Themed Films To Watch, A Single Man". Gay-Themed-Films.com. Gay Essential. 2014. 2018-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2015.
  17. "A Single Man (2009)". Rotten Tomatoes. Flixter. 2010-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2015.
  18. "A Single Man (2009)". Metacritic. CBS Interactive. 2010-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2015.
  19. Rabin, Nathan. "A Single Man review". A. V. Club. December 10, 2009. December 13, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2015. (#invalid_param_val)
  20. Ebert, Roger. "A Single Man review". Chicago Sun-Times. RogerEbert.com. December 23, 2009. March 27, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2015.
  21. Ide, Wendy. "A Single Man at Venice Film Festival". The Times. London. September 11, 2009. June 15, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 4, 2015.
  22. Felperin, Leslie. "A Single Man". Variety. September 11, 2009. October 3, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 4, 2015.
  23. Pulver, Andrew. "Tom Ford: a single man and his address book". The Guardian. theguardian.com. 28 January 2010. 3 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2015.
  24. Freer, Ian. "A Single Man: Oscar contending performance from Mr. Firth in Tom Ford's directorial debut". Empire. empireonline.com. 2011-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2015.
  25. DARGIS, MANOHLA. "A Love That Speaks Its Name: A College Professor's Fateful Day". The New York Times. theguardian.com. December 10, 2009. İstifadə tarixi: 5 aprel 2015.
  26. GLEIBERMAN, OWEN. "Toronto: Swooning for Colin Firth in 'A Single Man'". Entertainment Weekly. ew.com. January 18 2015. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2015.
  27. "Gay Entertainment Report: Ford's Single Man Wins Queer Lion". OnTopMag.com. September 12, 2009. February 2, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2015.
  28. "66th Venice International Film Festival Official Awards". Labiennale.org. October 6, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2015. (#invalid_param_val)
  29. "63rd British Academy Film Awards – Leading Actor". BAFTA.org. March 23, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2015. (#invalid_param_val)
  30. "A Single Man, Grand Prix 2011 de l'UCC". Moniteur du film (French). 2012-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2015.
  31. "21st Annual GLAAD Media Awards – English Language Nominees". GLAAD.org. January 17, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2015. (#invalid_param_val)
  32. "Awards for A Single Man". Internet Movie Database. İstifadə tarixi: 5 aprel 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]