Təntənəli mərasimlər sarayı

Təntənəli mərasimlər sarayı və ya Nikah sarayı (gürc. ქორწინების სახლი) — 1985-ci ildə Tbilisi şəhərində memarlar Viktor CorbenadzeVaji Orbeladzenin layihəsi əsasında bionik memarlıq üslubunda inşa edilmiş saraydır.[1]

Təntənəli mərasimlər sarayı
gürc. ქორწინების სახლი
Xəritə
41°41′06″ şm. e. 44°49′40″ ş. u.
Ölkə  Gürcüstan
Şəhər Tbilisi
Tikilmə tarixi 1980 - 1985
Memar Viktor Corbenadze və Vaji Orbeladze
Memarlıq quruluşu Bionik memarlıq
Təntənəli mərasimlər sarayı (Tbilisi)
Təntənəli mərasimlər sarayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Binanın inşasına 1980-ci ildə Viktor Corbenadze və Vaji Orbeladzenin[1] layihəsi əsasında başlanılmış və inşaat işləri 1985-ci ildə tamamlanmışdır. Bina ilkin olaraq təntənəli nikah mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuşdur.

Gürcüstanın SSRİ tərkibindən çıxmasından sonra saray istifadəsiz və tərk edilmiş vəziyyətdə qalmışdır.[1][2] 2002-ci ildə iş adamı Badri Patarkaçişvili sarayı alaraq yaşayış binasına çevirmişdir. Bundan sonra saray sahibinin adı ilə həm də Arkadi sarayı ilə tanınmağa başlamışdır. 2008-ci ildə vəfat edən Patarkaçişvili sarayın bağında dəfn edilmişdir.[1][3]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Sarayın memarlıq üslubunu tez-tez müasir kilsə memarlığı ilə müqayisə edirlər.[4] Məsələn, "Citizen K" jurnalınının baş redaktoru Frederik Şoben yazır: "Tbilisidəki Təntənəli mərasimlər sarayı sanki illüzor dünyadan gəlmiş kafedraldır."[1] Mütəxəssislər Corbenadze və Orbeladzenin sarayın inşası zamanı istifadə etdikləri stilistik həlləri, Le KorbuzyeOskar Nimeyer modern kafedral tikililəri ilə müzakirə edirlər.[1][4]

Həmçinin binanın inşası zamanı bionik memarlığın əll yollarından da istifadə edildiyi qeyd edilir.[2]

  1. 1 2 3 4 5 6 "Дворец торжеств: дорога к Храму". Тбилисская неделя. 2011-06-16. İstifadə tarixi: 29.04.19.[ölü keçid]
  2. 1 2 Тюрин, М. Ю. "Новый подход к архитектурному проектированию дворца бракосочетаний в центральном районе города Челябинска" (PDF). Издательский центр ЮУрГУ. Челябинск (Наука ЮУрГУ: материалы 67-й научной конференции. Секции социально-гуманитарных наук). 2015: 114—119. İstifadə tarixi: 29 aprel 2019.
  3. "Гродненский драмтеатр включили в список фантастических зданий бывшего СССР". Вечерний Гродно. 2013-11-26. 2019-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29.04.19.
  4. 1 2 "Будущее в прошлом". Инженерно-строительный институт СФУ. 2014-04-30. 2016-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.04.19.
  • Архитектура Тбилиси / Квирквелия Т. Р. — М.: Стройиздат, 1984. — 311 с. — 17 500 экз.