Tərlan Məmmədhüseynov — Azərbaycanlı bəstəkar, painoçu və aranjimançı
Tərlan Məmmədhüseynov 16 aprel 1987-ci ildə Bakıda anadan olub.
1993-cü ildə Bakı şəhərində yerləşən 97 nömrəli məktəbdə təhsil almışdır.
Musiqi fəaliyyətinə 1996-ci ildə 7 illik 3 nömrəli İncəsənət məktəbində “Fortepiano” təhsili ilə başlamışdır.
2000-2004-ci illərdə Səttar Bəhlulzadə adına mədəniyyət sarayının rəqs ansamblında 4 il pianoçu kimi çalışmışdır.
Funda Arar və bir sıra başqa tanınmış türk musiqiçilərlə işləyib. Bir çox populyar və tanınmış mahnıların müəllifi, Azərbaycanda çəkilən filmlərin, animasiya və teleserialın musiqilərinin bəstəkarıdır. Müasir Azərbaycan filmlərinə ən çox musiqi bəstələmiş bəstəkarlardan biridir.
Tərlan Məmmədhüseynov 2004-2008-ci illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Musiqinin tədrisi və metodikası” fakültəsində təhsil almışdır.
2013-cü ildə “Cəngi” qrupunun tərkibində pianoçu kimi çalışmışdır.
Tərlan Məmmədhüseynov 2012-ci ildə Azərbaycan radiosu (105 FM), 2014-cü ildə Azad Azərbaycan (106.3 FM), 2015-ci ildə Xəzər FM və 2018 və 2021-ci illərdə Araz FM (103.3) radioları üçün əsas musiqi (radio jingle) bəstələmişdir.
2014-cü ildə Azərbaycan kinoteatrlarında yayımlanmış Ay brilliant tammetrajlı bədii filminin bəstəkarı olub.
2021-cü ildə Azərbaycan kinoteatrlarında yayımlanmış Zəhər tuluğu bədii filminin bəstəkarı olub [1].
2021-ci ildə Alim Qasımovla birlikdə Azərbaycan Ordusunun qazandığı qələbəni əks etdirən "Zəfər" mahnısının bəstəkarıdır [2].
Tərlan Məmmədhüseynovun 2007-ci ildən başlayan bəstəkarlıq fəaliyyəti:
- “Təkcə sən” (Şeron qrupu) 2007
- “Söylə nədən” (Röya və Sevda Yəhyayeva) 2007
- “Şipşirin” (Elçin Cəfərov) 2007
- “Yellənə-yellənə” (Zamiq) 2008
- “Sənlə” (Elçin Cəfərov) 2009
- “Bakım mənim” (Elçin Cəfərov) 2010
- “Film kimi” (Yaşar Cəlilov) 2011
- “Səndən əl çəkirəm” (Elçin Cəfərov) 2012
- “Susma belə” (Elçin Cəfərov) 2012
- “Əzizim” (Elçin Cəfərov) 2012
- “De, onun adı nədir?” (Elçin Cəfərov) 2012
- “Bilməzdim” (Yaşar Cəlilov) 2012
- “Sevgiyə bax, dərdə bax” ( Röya ) 2012
- “Cavanlığım” ( Ədalət və Qala qrupu) 2012
- “Sənə demədim mi? ( Boris ) 2012
- “Yeni il” ((Elçin Cəfərov və Natavan ) 2013
- “Mənə onu çağırın gəlsin” (Elçin Cəfərov) 2013
- “O,bilmədi…” (Elçin Cəfərov) 2013
- “Ay, qonşu (Yaşar Cəlilov) 2013
- “Oyna” (Zamiq Hüseynov) 2014
- “Tez gəl” (Aysel Əlizadə) 2014
- “Yollar ayrıldı” (Boris) 2014
- “Dağılsın dünya” (Elçin Cəfərov) 2015
- “Ata” (Vasif Məhərrəmli) 2015
- “Sənə bağlanıram” (Günay İbrahimli) 2015
- “Tut əlimdən” (Sevda Yəhyayeva) 2015
- “Bir zamanlar” (Rəhim Rəhimli) 2015
- “Aromatik” (Boris) 2015
- “Sevgilim” (Yaşar Cəlilov) 2016
- “Toxun mənə” (Röya) 2016
- “Gəcə yarı” (Aygün Kazımova) 2016
- “Biz, Azərbaycanlıyıq” (Günay İbrahimli) 2016
- “Sən məndən gedən gündən” (Günay İbrahimli) 2016
- “Eşq” (Sima Nəsirova) 2017
- “Sənsən bilirəm” (İntizar) 2017
- “Sen benden gittiğinde” (Funda Arar) 2017 [3]
- “Alıb gəncliyimi” (Mətanət İsgəndərli) 2018
- “Ümid rəqsi” (Tərlan Məmmədhüseynov) 2018
- “Ay qız” (İntizar) 2018
- “Getmə” (Şeron) 2019
- “ATV yeni mövsümün himni” (Rəhim Rəhimli, Nigar Camal, Elşad Xose) 2019
- “Doya-doya” (Gülay Zeynallı) 2020
- “Elə bil” (Gülay Zeynallı) 2021
- “Lya lya lya” (Aygün Kazımova) 2022 [4]
- “Ata” (Aygün Bəylər) 2021
- “Hərdən bir” (Nura Suri) 2021
- “Zəfər nəğməsi” (Brilliant Dadaşova, Zamiq, Elçin Cəfərov, Tünzalə Ağayeva, Samir Cəfərov) 2021
- “Bir addım” (Yaşar Cəlilov) 2022
- “Məmnunam” (Gülay Zeynallı) 2022
- “Səs kompoziyası (2013) [5]
- Ümid rəqsi (2018)
- Doya Doya instrumental (2023) [6]
- Yelləncək (2023)
- “Səs” kompoziyası (2015) [7]
- Ümüd rəqsi (2019)
- Yelləncək (2023) [8]