Zəhər tuluğu — Ssenari müəllifləri Taleh Yüzbəyov, Orxan Mərdan, Pərviz Həsənov və Cəlil Cavanşir olan, Taleh Yüzbəyovun və Orxan Mərdanın rejissorluğu ilə çəkilən, tammetrajlı bədii Azərbaycan filmi.[1]
Zəhər tuluğu | |
---|---|
Janr |
dram komediya |
Rejissorlar | |
Prodüser | |
Ssenari müəllifləri |
Taleh Yüzbəyov Orxan Mərdan Pərviz Həsənov Cəlil Cavanşir |
Baş rollarda |
Taleh Yüzbəyov Ləman Mərrih Əlixan Rəcəbov Nəzakət Heydərova Cavidan Novruz Səidə Quliyeva Rasim Cəfər Zülfiyyə Qurbanova Hüsniyyə Mürvətova |
Operator | İman İmanov |
İlk baxış tarixi | 22 dekabr 2021 |
Filmin növü | Tammetrajlı bədii film |
Yaş həddi | 16+ |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2021 |
Rəng | rəngli |
IMDb | ID16751922 |
Bıçaqlandıqdan sonra sağ qalan Adil (Taleh Yüzbəyov), müalicə olunduğu xəstəxanadan çıxıb öz monoton həyatına geri dönməyə hazırlaşır. O hər zamanki kimi, "zəhər tuluğudur" – iş yoldaşlarını, dostlarını, onu müalicə edən həkimi və tibb bacılarını acılamağa, incitməyə, kobudluğa davam edir. Dostu Şakirin və artıq həyat tərzini dəyişdiyini iddia edən tələbə yoldaşı, keçmiş "həyat qadını" Rənanın müşayəti ilə xəstəxanadan çıxıb normal həyatına davam etməyi düşünən Adil inanılmaz bir sınaqla qarşılaşır. Xəstəxananın həyətindən çıxmamış Şakirin maşınına tanımadıqları hamilə qadın əyləşir. Dünyaya gətirəcəyi qız övladını qorumaq üçün ərindən və onun ailəsindən, daha doğrusu abortdan qaçan qadını qorumaq üçün Şakir və Rəna israr edir. Adil bu işə mane olmağa çalışsa da, getdikcə bütün şərtlər onu dünyaya gələcək körpənin xilaskarına çevirir.