Tərtər çayı üzərində qədim körpü — Azərbaycanın Bərdə şəhəri ərazisində yerləşən VI–VII əsrlərə aid körpü.[1]
Tərtər çayı üzərində qədim körpü | |
---|---|
40°22′28″ şm. e. 47°07′43″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bərdə |
Yerləşir | Bərdə şəhəri |
Tikilmə tarixi | VI–VII əsrlər |
Kateqoriya | Körpü |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tərtər çayının sağ sahilində yerləşən körpünün qədim zamanlarda uzunluğu 170 metr, eni isə 5 metr olmuşdur.
Tərtər çayı üzərində yerləşən körpü Azərbaycanda nadir tarixi abidələrdəndir ki, qalıqları bu günümüzə qədər gəlib çatmışdır. Körpü, əsasən, çay daşlarından, üst hissəsi isə qırmızı kərpicdən hörülmüşdür. Özülü çox aşırımlı dayaqlar üzərində qurulub. Tarixi körpünün istiqamətindən də görünür ki, Tərtər çayı keçmişdə indiki yatağı ilə deyil, tamam fərqli məcrada axıb.[2]
Bərdə şəhərinin qədim hissəsi orta əsrlərdə olduğu kimi, müdafiə məqsədi daşıyan qala divarları ilə əhatə olunmuşdur. Körpünün üzərindəki hərəkət istiqamətindən də görünür ki, şəhərin qala qapıları Şərqə doğru açılıb.[2]
İndikindən fərqli olaraq keçmişdə Tərtər çayının suyu bol olmuşdur. Çayın yuxarı hissəsində Sərsəng Su Elektrik Stansiyası tikiləndən sonra çayın suyu bəndə yığıldığından və idarə edildiyindən suyun azalması baş verib. Hazırda Sərsəng SES ermənilərin nəzarətində olduğundan suyun aşağı buraxılmasını əngəlləməyə çalışırlar. Çay əvvəllər çox kükrəyir, dağlardan gələn dəhşətli sel suları olurdu. Körpü əsrlər boyu bu müqavimətə tab gətirərək müasir dövrümüzədək gəlib çatmışdır.[3]
Bərdə körpüsü tarixi abidə kimi qorunan maddi mədəniyyət nümunələri sırasındadır. 2015-ci ildə tarixi abidənin ərazisində abadlıq-quruculuq işləri aparılıb, park bulvar sistemi yaradılıb.[2]
2018-ci ilin iyul ayında tikintisinə başlanılan körpüdə inşaat işləri dekabr ayında yekunlaşdı. Aparılan işlər çərçivəsində köhnə körpü qısa müddət ərzində sökülüb. Əvəzinə yeni körpünün özülünün və sütunlarının tikintisi aparılaraq başa çatdırılıb, dayaqlar üzərində aşırım tirləri quraşdırılıb. Körpünün layihəsi 8 bal seysmikliyi nəzərə alınmaqla yerinə yetirilib.[4]
Dörd aşırımlı körpünün ümumi uzunluğu 126 metr, qabariti isə 11,5 metrdir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hər bir istiqamət üzrə 1,5 metr enində piyada səkilərinin də tikintisi həyata keçirilmişdir.[4]
Körpünün inşası müasir tikinti norma və standartlarına uyğun olaraq həyata keçirilmişdir. Layihə çərçivəsində Tərtər çayında istinad divarları və sutənzimləyici qurğular inşa edilmişdir. Bundan başqa, körpüyə 150 metr uzunluğunda yanaşma yollarının da yenidən qurulması nəzərdə tutulub.[5]