Sərsəng SES

Sərsəng SES (tam adı: Sərsəng su-elektrik stansiyası) — Azərbaycana məxsus 1976-cı ildə Tərtərçayın üzərində Ağdərə rayonu ərazisində inşa edilmiş su-elektrik stansiyası[1][2][3].

Sərsəng SES
Sərsəng su-elektrik stansiyası
Xəritə
Ümumi məlumatlar
Çay Tərtərçay
Sahibi Azərenerji
Status Qəzalı
Tikilmə tarixi 1976
Əsas xüsusiyyətləri
İllik elektroenerji istehsalı 90 mln. kVt⋅s
Elektrik enerjisi gücü 50 MVt
Avadanlıq xüsusiyyətləri
Turbin tipi Hidroaqreqat
Əsas qurğular
Bənd tipi Torpaq
Bəndin hündürlüyü 125 m
Bəndin eni 550 m
Yerləşməsi
40°10′53″ şm. e. 46°37′01″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region
Rayon
Yer Tərtər rayonu
Sərsəng SES xəritədə
Sərsəng SES
Sərsəng SES
Azərbaycan Ağdərə üçün xəritə mövcud deyil.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Texniki göstəriciləri[4]

[redaktə | mənbəni redaktə et]

Hər birinin gücü 25 MVt olan 2 ədəd turbindən ibarət su-elektrik stansiyası mövcuddur. Hər bir turbinin su buraxma qabiliyyəti 30 m³/san olmaqla SES-dən cəmi 60 m³ su buraxıla bilər. Bundan əlavə suvarma məqsədilə çaya su buraxmaq üçün SES işləmədiyi hallarda anbarın bəndində 6 ədəd siyirtmə quraşdırılmışdır. Bu siyirtmələr vasitəsilə hər biri 5 m³/san olmaqla Tərtər çayına cəmi 30 m³/san su buraxmaq olur. Eləcə də su anbarı dolduğu hallarda qəza sutullayıcısı vasitəsilə 740 m³/san miqdarında daşqın suları Tərtər çayına axıtmaq nəzərdə tutulmuşdur. Bəndinin hündürlüyü 125 m, uzunluğu 600 m-dir. Bənd Sərsəng su anbarını əmələ gətirmişdir.

border=none Əsas məqalə: Sərsəng su anbarı

Sərsəng Azərbaycanda bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı ərazilərin işğalından öncə respublikanın 7 rayonunun (Ağdərə, Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Ərazilərin işğalından (1993) sonra anbarın suyunun istifadəsinin mümkün olmaması nəticəsində kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəz olunmaz zərər vurmuşdur.

1993–2023-cü illərdə işğal dövründə 30 il ərzində anbara və onun qurğularına uzun müddətdir ki, yetərli kompleks texniki xidmət göstərilmədiyi üçün anbarın texniki təhlükəsizlik baxımından qənaətbəxş olmadığı ehtimal olunur. Sərsəng su anbarı işğal olunmuş ərazidə yerləşdiyindən onun bəndinin qəza və ya təxribat nəticəsində dağılması anbardan aşağıda yerləşən yaşayış məntəqələri üçün ciddi təhlükə yaradır:

Tərtər rayonunun bir çox kəndləri (Çaylı, Seydimli, Hacıqərvənd, Zolkəran, Düyərlı, Sarıcalı, Ələsgərli, Bayandur, Buruc, İrəvanlı, Güləbatlı, Hacallı, Yenidaşkənd, Qapanlı, Şatırlı, Qasımbəyli, Zümürxaç, İmamqulubəyli, Dilənçilər, Muğanlı) tam olaraq, bir neçəsi isə (Şıxarx qəsəbəsi, Suqovuşan[5], Həsənqaya, Səhləbad, Körpüsındıran, Qazaxlar, Soyulan, Darğalar, Nəzirli) qismən suyun altında qala bilər.

  1. "Тертер, Словари и энциклопедии на Академике (rus.)". 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-27.
  2. "Сарсангское водохранилище, Словари и энциклопедии на Академике (rus.)". 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-27.
  3. "Сарсангская ГЭС - Azerbaijan / Terter / Agdere /". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-27.
  4. "Sərsəng su anbarının bəndinin dağılma təhlükəsi". 2014-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-27.
  5. "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında haqqında Azərbaycan Respublikası Milli Məclisinin 6 oktyabr 2020-ci il tarixli, 173-VIQ saylı Qərarı". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]