Şablon:Dsvsf bgTəzad (ing. Foil – Folqa) — uydurmada, onun müəyyən xüsusiyyətlərini vurğulamaq üçün başqa bir personajla, adətən protaqonistlə qarşı-qarşıya gələn personaj.[2][3][4] Bəzi hallarda, əsas süjeti gücləndirmək üçün altsüjetdən istifadə olunur. Bu, xüsusilə də metauydurmaya və "hekayə içərisində hekayə" konsepsiyasına aiddir.[5] Tipin ingiliscə adı olan "Foil" Azərbaycan dilində folqa deməkdir. Bunun səbəbi keçmişdə qiymətli daş-qaşların daha parlaq görünməsi üçün folqalara yığılması idi.[6]
Təzad personaj rəqibindən ya kəskin şəkildə fərqli, ya da sadəcə bir açar bənzərsizliklə fərqlənərək müstəsna dərəcədə oxşardır. Təzad personajın konsepsiyası daha çox iki şey arasında fərqliliyi ön plana çıxarmaq üçün aparılan müqayisələrə aiddir.[7] Tomas Qirin istifadə edilən təzadları üç kateqoriyaya bölür, Tamara Metse isə onları mübaliğə edilənlər, istisnalarla fəaliyyət göstərənlər və günahı boyunlarına alanlar olaraq izah edir.[8]