Köməkçi (personaj tipi)

Don Kixotun və bəradəri Sanço Pansanın dəyirmanla uğursuz döyüşü. Qustav Dore

Köməkçi, bəradər və ya saydkik (ing. sidekick) — qeyri-mütləq halda adətən uydurmada, birlikdə səyahət etdiyi şəxsin tabeliyində olan və ya elə qiymətləndirilən yaxın yoldaş və ya həmkar.

Tanınmış bəradərlərə Don Kixotun Saço Pansası, Şerlok Holmsun Doktor Uatsonu, Harri Potterin Ron Uizlisi, Şrekin Eşşəyi, Marionun Luicisi, Sonikin TeylziBetmenin Robini daxildir.

Köməkçi sözünün kökü olan "Kömək" qədim türk dilindən törəmişdir. Əlavə olaraq, bəradər sözü isə fars dilindən törəmişdir (برادر) və "qardaş" deməkdir.[1] "Saydkik" termini əsrin XIX əsrin axırları və XX əsrin əvvəllərində cibgirlik slenqindən törəmişdir. "Kik" şalvar cibinin ön hissəsinə deyilirdi və ən təhlükəsiz hissə hesab edilirdi. Beləliklə, analoqiyaya görə, "sayd-kik" şəxsin ən yaxın yoldaşı olmuşdu.[2][3]

Tarixdə qeydə alınmış ilk köməkçilərdən biri Gilqameşin müttəfiqi olan Enkidudur. Digər erkən nümunələrə İliada dastanındakı PatroklƏhdi-Ətiqdəki Harun daxildir.[4]

Müsbət xarakterli personajlardan fərqli olaraq, hansısa bir caninin yoldaşına quyruqbulayan[5] (hençman[6]), nökər (lakey[7]) və ya xidmətçi deyilir. Bu, qəhrəmanlardan fərqli olaraq, canilərin dostluq və ya ləyaqət əlaqələri qura bilməyəcəyi əks etdirir. Bu, köməkçi protaqonistə olan yaxınlığı görə yaxın olmasına və ağlabatan bir şəxsiyyət təşkil etməsinə baxmayaraq, uydurmada protaqonistin və antaqonistin canlandırdığı fərqli rollardan da asılıdır, çünki quyruqbulayan doldurucu bir rol oynayır. Nəticədə, quyruqbulayan anonim olmağa meyllidir və birdəfəlik olub, protaqonistin qəhrəmanlığını illüstrasiya etmək üçün istifadə olunur.

Buna baxmayaraq, bəzi mənfi xarakterli personajların da köməkçiləri olur. Nümunə olaraq, Leks Lütorun Marsi Qreyvzini, Cokerin Harli Kvinni, Uarionun Ualuicisini, Şinnokun Kuan ÇisiniMaqnetonun Mistikini göstərmək olar.

Azərbaycan ədəbiyyatında

[redaktə | mənbəni redaktə et]

«Kitabi-Dədə Qorqud» dastanında qəhrəmanın hər işdə yaxın köməkçisi və dostu olan qadın, onun sevgisi və sədaqəti tərənnüm olunub. Belə ki, Domrulun arvadı özünü ona qurban verməyə hazırdır. Burada ana məhəbbətinin gücü də göstərilib. Dağ çiçəyinin şirəsinə qarışdırılmış ana südü atası Dərsə xan tərəfindən qəzəb anında ölümcül yaralanmış gənci xilas edir. Digər qəhrəman Qazan xan pərəstiş etdiyi qoca anasının xətrinə bütün dünyanın nemətlərini qurban verməyə hazırdır. Anaya sədaqətdə oğlu Uruz da ondan geri qalmır.[8] «Kitabi-Dədə Qorqud» və başqa Azərbaycan-türk əsərlərində at igidin köməkçisi, ən yaxın yoldaşı hesab edilir.[9]

  1. "Birader Kelime Kökeni". etimolojiturkce.com. 2020-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2018.
  2. Adams, Sesil. "What's the origin of 'side kick'?". The Straight Dope. 19 aprel 1976. 2000-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2018.
  3. Morris, Evan. "Previous Columns/Posted 12/20/99". Word Detective. 20 dekabr 1999. 2000-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2018.
  4. Hey, Noel. Evolution of a sidekick. SFFWorld.com. 2002. 20 fevral 2010 tarixində arxivləşdirilib. [ölü keçid]
  5. "quyruqbulayan". azerdict.com. 2018-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2018.
  6. "henchman". merriam-webster.com. 2009-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2018.
  7. "Лакей". dic.academic.ru. 2007-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2018.
  8. Mövzu. Qender və ədəiyyat (PDF). education.gender-az.org. 2019-10-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-15.
  9. Əlibəyzadə, Elməddin. Azərbaycan ədəbiyyatı tarixi: ən qədim dövrlər (PDF). Bakı: «Qarabağ» nəşriyyat. 2009. 589, 718. 2021-07-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]