Mister Spivetin inanılmaz səyahəti (ing. The Young and Prodigious T.S. Spivet-tərcümə: Kiçik yaşlı və qəribə T.S. Spivet) — Amerikalı yazıçı Reif Larsenin T.S Spivetin Seçilmiş İşləri kitabı əsasında Jan- Pyer Jeunet tərəfindən macəra janrında çəkilmiş film.[7] Filmdə Kayl Catlett, Helena Bohman Karter, Cudi Devis və Renni Kallum Kit kimi film ulduzları iştirak ediblər.[8]
T.S. Spivetin inanılmaz səyahəti | |
---|---|
ing. The Young and Prodigious T.S. Spivet | |
| |
Janr | dram filmi[1][2][…], macəra filmi, roman ekranlaşdırması[d] |
Rejissor | Jan- Pyer Jeunet |
Prodüserlər |
Frdric Brillion Jan-Pyer Juenet Jil Löqran Syuzan Jerar Brayan Oliver |
Əsərin müəllifi | Reif Larsen |
Ssenari müəllifləri | |
Baş rollarda |
Kayl Catlett Helena Bohman Karter Cudi Devis Renni Kallum Kit Niamh Vilson Yakob Devis |
Operator | Tomas Hardmeier |
İstehsalçılar |
The Weinstein Company (ABŞ) Momentum Pictures (Böyük Britaniya) Les Films Seville (Kanada) |
İlk baxış tarixi | 28 sentyabr 2013[3], 10 iyul 2014[4], 25 sentyabr 2014[5][6] |
Müddət | 105 dəqiqə |
Büdcə | 33 000 000 $ |
Ölkələr |
Fransa Kanada |
Dil | İngilis |
İl | 2013 |
Rəng | rəngli |
Çəkiliş yeri | Monreal, Alberta |
IMDb | ID1981107 |
Vikianbarda əlaqəli mediafayllar |
T.S. Spivet böcəklərin morfologiyası ilə məğul olan anası, atası və 14 yaşlı Miss Amerika olmaq arzuları ilə yaşayan bacısı ilə Montanada heyvandarlıq fermasında yaşayır. Filmdə ailənin mal-qaranı saxladığı yerdə odlu silahdan açılmış atəş nəticəsində həlak olmuş Spivetin kiçik qardaşı Layton da var. Layton həmişə Spivetin heç kəs olmadıqda gözünə görünür və atəş miqyasının ölçülməsi təcrübəsi üçün onunla söhbət edir, ancaq Spivet özü nə baş verdiyini başa düşmürdü. Spivet artıq 10 yaşı olanda elmi kəşflərə və kartoqrafiyaya böyük maraq göstərirdi. Bir gün o gözlənilmədən Smitsonian İnstitutundan zəng qəbul edir və ona, daimi mühərrikin kəşfinə görə çox nüfuzlu Beyrd mükafatının qalibi olduğu söylənilir və onun şərəfinə keçirilmiş tədbirdə özünün də iştirak etməsini istəyirlər. Bu haqda T.S.Spivet evdə heç kəsə demir və bu tədbirə yük qatarı ilə gedir.
39-cu Sezar Mükafatı təqdimatında film Ən Yaxşı Kinemotoqrafiya mükafatı qazanıb.[9]