T32 tankı və ya T32 ağır tankı (İngiliscə: T32 Heavy Tank) M4A3E2 Sherman "Jumbo"-nun müvafiq varisini yaratmaq üçün Birləşmiş Ştatlar Ordusu tərəfindən başladılmış olan ağır tank layihəsi idi. ABŞ ordusunun hərbi sursat şurası dörd ədəd prototip tankın istehsalına rəhbərlik etmişdir; Əsas məqsəd yeni tankın M26 Pershing ilə bir çox ümumi hissələri paylaşmasını təmin etməkdən ibarət idi. Əməliyyat mənzili düz yolda 160 km olub, maksimum sürəti düz yolda saatda 35 km təşkil etmişdir. Asqısı burulma çubuğudur.
T32 | |
---|---|
Tipi | Ağır tank |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar edənlər | ABŞ |
İstehsal tarixçəsi | |
Konstruktor | 1945 |
İstehsal illəri | 1945-1946 |
İstehsal sayı | 4 ədəd |
Variantları |
T32 (2) T32E1 (2) |
Xüsusiyyətləri | |
Ağırlığı | 120.000 lb (54.431 kq; 54 t) |
Zireh |
Qüllə
|
Mühərrik | Ford GAC V12 |
Mühərrik gücü | 770 hp (570 kW) |
Əsas silah | T15E2 90mm L/73 silahı |
Köməkçi silah |
T32:
|
Uzunluğu |
10,84 m top ilə 7,07 m top xaric |
Eni | 3.77 m |
Hündürlüyü | 3.77 m |
Ekipaj | 5 |
Vikianbarda əlaqəli mediafayllar |
İkinci dünya müharibəsinin axırıncı mərhələlərində ümidverici performans nümayiş etdirməsinə baxmayaraq, M26 Pershing tanklarının almanların Tiger II kimi ağır tanklarının və tank ovçularının qarşısında zirehinin zəif olduğu düşünülürdü. Onun silahı qənaətbəxş zireh dağıtmaq qabiliyyətinə malik olsa da, özünün zirehinin düşmənin mərmilərini dayandırmaq üçün zəif olduğuna inanılırdı. 1945-ci ilin əvvəllərində M26 Pershing tanklarının əhəmiyyətli dərəcədə daha ağır variantını hazırlamaq üçün işlərə start verilmişdir. T29 layihəsindən əldə edilən məlumatlardan istifadə edilərək, zireh deşici, kompozit tərkibli döyüş sursatlarından istifadə edə bilən eksperimental 90 mm-lik əsas silaha malik olan və daha da təkmilləşdirilmiş transmissiyadan istifadə edən birinci T32 tankı istehsal edilmişdir. Bu tankın üstünə quraşdırılmış olan T15E2 silahı Perşinqdə quraşdırılmış olan silahdan qat-qat güclü idi. Oxşar eksperimental 90 mm-lik silahdan istifadə edən T26E4 Super Pershing-də olduğu kimi, uzun silah lüləsinin çəkisini tənzimləmək üçün qüllənin arxa hissəsində yerləşən əks çəki əhəmiyyətli dərəcədə artırılmışdır. T32E1 variantı ilə gövdəyə quraşdırılmış olan pulemyot qurğusunun ləğvi də daxil olmaqla, müxtəlif tədbirlərin görülməsi vasitəsilə frontal zirehdəki zəif nöqtələr aradan qaldırılmışdır. Bütün dəyişikliklərin məntiqi nəticəsi olaraq tankın artan çəkisinə görə yer təzyiqini azaltmaq üçün M26 şassisinə hər iki tərəfdən əlavə olaraq bir ədəd yol təkərləri əlavə edilmişdir və bununla da, yol təkərlərinin ümumi sayı yeddiyə çatdırılmışdır. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra layihə ləğv edilmiş və texnika hissələrə ayrılaraq məhv edilmişdir.[1][2]