TAQM (türk. Avrasya Askeri Statülü Kolluk Kuvvetleri Teşkilatı; ing. The Association of the Eurasian Law Enforcement Forces with Military Status) — Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı. Türk dövlətlərinin (Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan) ortaq ordusu. Ordunun simvolu at heykəlidir.
Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı | |
---|---|
Növü | Hərbi ittifaq |
Yaranma tarixi | 25 yanvar 2013 |
Rəsmi dili | Türk dili |
Mərkəzi | Ankara, Türkiyə |
Üzvləri |
Türkiyə Azərbaycan Qırğızıstan Monqolustan |
25 yanvar 2013-cü ildə Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustan arasında qurulmuş beynəlxalq rəsmi bir təşkilatdır. Təşkilatın təməli 2011-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində atılmışdır.
Təşkilatın əsas qərargahı Ankarada yerləşir.
Quruluş məqsədi, "Türk dövlətləri arasındakı hərbi əməkdaşlıq və həmrəyliyi inkişaf etdirmək, ortaq müdafiə etmədə olmaq və təhlükəsizliyi təmin etmək" olaraq açıqlanmışdır.
2013-cü il yanvarın 23-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustan nümayəndələri iştirak edib. Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustanın iştirakı ilə türk dövlətlərinin ortaq ordusu yaradılıb[1].
Ortaq orduya dövlətlərin adlarının baş hərflərindən istifadə edilərək TAQM adı verilib[2].
Ordunun simvolu hesab edilən at heykəli Azərbaycan Respublikası Daxili Qoşunlarının komandanı Zakir Həsənov tərəfindən Türkiyə Jandarm Qüvvələrinin baş Komandanı, ordu generalı Bəkir Kalyonşuya təqdim edilib[3].
İclasda Azərbaycan daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov, Türkiyə Jandarmeriyasının baş komandanı, ordu generalı Bəkir Kalyoncu, Qırğızıstan Daxili Qoşunlarının komandanı, polkovnik Sovetbek Arbayev və Monqolustandan müvafiq qurumun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətləri iştirak edib.