Taşilunpo

Taşilunpo (tib. བཀྲ་ཤིས་ལྷུན་པོ།; çin. 扎什伦布寺) — Şiqatse şəhər rayonunda yerləşən ÇXR-in Tibet Muxtar Vilayətindəki ən böyük Buddist monastırlarından biridir. Monastır 1447-ci ildə o dövrdə şəhər mərkəzinə yaxın bir təpədə tikilmişdir. Monastırın tam adı Tibet dilində hərfi mənada "bütün xoşbəxtlik və rifah burada toplanıb" deməkdir.

Taşilunpo
བཀྲ་ཤིས་ལྷུན་པོ།
Xəritə
29°16′01″ şm. e. 88°52′13″ ş. u.HGYO
Ölkə
Tikilmə tarixi 1447
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Şiqatsedəki Taşilunpo monastırının ümumi görünüşü

Taşilhunpo monastırı ənənəvi olaraq Dalay Lamadan sonra Geluq məktəbinin ikinci ən mühüm iyerarxı- tulku olan Pançen-lamanın iqamətgahıdır. Pançen-lama budda Amitabhanın emanasiyasıdır.

Taşilunpo, ölümündən sonra Birinci Dalay-lama kimi tanınan Sonqkapanın şagirdi Gendun Dubpa tərəfindən təsis edilmişdir; tikinti üçün vəsaiti zadəgan tibetlilər toplamışdılar. Monastır Dördüncü Pançen-lama Lobsanq Çokyi Qyaltsen tərəfindən əhəmiyyətli dərəcədə genişləndirilmişdir. Taşilunpo məhz onun dövründə Pançenlərin (onların çoxu monastırın genişlənməsinə və möhkəmlənməsinə töhfə verdi) məskəni oldu.

Taşilunpoda Birinci Dalay-lamanın və bir neçə Pançen-lamanın qalıqları olan dəfn əstupları var. Ən böyük əstupa 1666-cı ildə Dördüncü Pançen-lama üçün ucaldılıb, onun dövründə monastır indiki görkəmini alıb. Bu 11 metrlik əstup xalis qızıldan hazırlanıb və qiymətli daşlarla bəzədilib. Səkkizinci Pançen-lamanın əstupu da öz əzəmətinə görə çoxlarından geri qalmır.

Taşilunpo həm də Tibetin ən böyük 26 metr hündürlüyündə budda Mayitreyanın heykəli ilə də məşhurdur. Onu hazırlamaq üçün 279 kq qızıl, demək olar ki, eyni miqdarda gümüş, 116 ton bürünc, 40-dan çox almaz və 1000 mirvari istifadə edilib.

Bu otaqda döşəmədə qiymətli daşlardan hazırlanmış böyük svastika görmək olar.

İndi Taşilumpo monastırında Pekin tərəfindən tanınan On Birinci Pançen-lama Qyaltsen Norbu yaşayır. Eyni zamanda, Dalay-lama kimi tanınan Gendun Çoki Nima Çin hakimiyyətinin "himayəsi altındadır"; O, faktiki olaraq həbs edilib və 1995-ci ildən onun olduğu yer açıqlanmayıb.

1972-ci ildə Hindistanda, Tibetin Karnataka şəhərindəki Bilakuppe qəsəbəsində başqa bir Taşilunpo monastırı açıldı, ona da reinkarnasiya etmiş Onuncu Pançen-lamanın axtarış komissiyasının nümayəndələri rəhbərlik edir[1].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

"Qaranlıq, dünyanın sonu gəlir" deyənin sonu çatdı — ARAŞDIRMA