Taşiro[1] (yap. 田代島) — Yaponiyanın Miyaqi perfekturası ərazisinə daxildir. Ada faktiki olaraq İsinomaki şəhərinin bir hissəsini təşkil edir. Burada hazırda Oodomari və Nitoda qəsəbələri vardır. İki qəsəbə arasında pişik məbədi yerləşir.
Taşiro adası | |
---|---|
yap. 田代島 | |
Ümumi məlumatlar | |
Sahəsi | 3,14 km² |
Əhalisi | 70 nəfər (2005-ci il) |
Yerləşməsi | |
38°18′00″ şm. e. 141°25′00″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Vilayət |
|
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qədim dövrlərdən insanlar pişiklərə rəğbət bəsləyirdilər. Səbən isə pişiklərin sıçovulları məhv etməsi idi (sıçovulların ipək sənayesinə vurduğu zərbə ilə əlaqədar). Adaya itlərin gətirilməsi qadağandır. Hazırda adada pişiklərin sayı burada yaşayan insanların sayından dəfələrlə çoxdur (70—100 nəf.). Bu qəribə adətlər səbəbindən gənclər adanı tərk edir. Burada son zamanlar ada sakinlərinin orta yaşı 71 çatmışdır.[2].
Bloqlarən sayəsində bu adadan insamlar xəbər tutmuşlar. Bundan sonra pişik sevənlər və turistlər adaya axışırlar. Diqqət cəlb etməklə yerli əhali adanın boşalmasının qarşısını almaq istəyirlər.
Lovemeow.com saytının məlumatına görə Senday zəlzələsi və ardından baş verən sunami (mart 2011) adaya böyük təsir göstərməmiş insanlar və pişiklər zərər görməmişlər[3][4]