Türkmənistan–Tacikistan münasibətləri — Türkmənistan və Tacikistan arasındakı iki tərəfli diplomatik münasibətlər. Türkmənistan və Tacikistan arasında ilk diplomatik əlaqələr 27 yanvar 1993-ci ildə qurulmuşdur[1]. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Vvə MDB üzvüdürlər. İki ölkə arasında siyasi, iqtisadi, elmi-texniki mədəni və digər sahələrdə əməkdaşlıqlar mövcuddur. Hər iki ölkə arasında 60-dan çox dövlətlər arası və müəssisələr arası müqavilələr mövcuddur.
Türkmənistan–Tacikistan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
Türkmənistan və Tacikistan Respublikaları arasında diplomatik əlaqələrin qurulması barədə protokol 27 yanvar 1993-cü ildə imzalanmışdır[2].
1995-ci ilin iyulunda Tacikistan Prezidenti Emoməli Rəhmon Aşqabadda rəsmi səfərdə olmuşdur. 1999-cu ilin aprelində Emoməli Rəhmon Türkmənistanda keçirilən Mərkəzi Asiya ölkələri rəhbərlərinin görüşündə iştirak etmək üçün Türkmənistanda iş səfərində olmuşdur.
2007-ci ilin oktyabrında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Tacikistanda rəsmi səfərdə olmuşdur. 2007-ci ilin dekabrında isə Tacikistan Prezidenti Emoməli Rəhmon Türkmənistanda rəsmi sərərə gəlir.
Növbəti dəfə 2009-cu ildə Tacikistan Prezidenti Emoməli Rəhmon Türkmənistranda rəsmi səfərdə olur
2010-cu ilin martında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tacikistana dövlət səfəri gerçəkləşdirmişdir. 2011-ci ildə isə Qurbanqulu Berdiməhəmmədov Müstəqil Dövlətlər Birliyi Dövlət başçılarının görüşündə iştirak etmək üçün Düşənbədə olmuşdur..
22-24 avqust 2012-ci ildə Tacikistan Prezidenti Emoməli Rəhmon Türkmənistanı rəsmi səfərlə ziyarət etmişdir. Sonralar isə Müstəqil Dövlətlər Birliyi Dövlət başçılarının görüşündə (5 dekabr 2012) və Beynəlxalq Novruz bayramında iştirak etmək məqsədi ilə (20 mart 2013) Aşqabadda olmuşdur.
5-6 may 2014-cü ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Tacikistanda rəsmi səfərdə olmuşdur.
1995-ci ilin fevralından Aşqabadda Tacikistan Respublikasının səfirliyi açılmışdır. 17 aprel 2014-cü ildə Tacikistan Respublikasının Türkmənistandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mahmudjon Nosiroviç Sobirovdir г[3].
Düşənbə şəhərində Türkmənistan Respublikanın Fövqəladə və Səlahiyyətli Səfirliyi fəaliyyət göstərir. Səfir — Çarı Kakamuradoviç Ataevdir[4].
2013-cü ilin məliumatına görə iki ölkə arasında ticarıət dövriyyəsi 119,3$.[5] təşkil edir.
Tacikistan Türkmənistandan neft məhsulları, pambıq yağı, sement alır. Türkmənistan isə Tacikistandan Alüminium və ondan hazırlanmış məhsullar, kənd təsərrüfatı məhsulları alır.
İki ölkə arasında beynəlxalq avtomobil və dəmir yolu nəqliyyatı sahəsində uğurlu tərəfdaşlıq mövcuddur. 2013-cü ilin sentyabrında transmilli Türkmənistan-Çin qaz kəmərinin tikintisində razılığa gəlinmişdir. Yeni qaz xətlərindən biri Tacikistan ərazisindən də keçməlidir. 6 oktyabr 2014-cü ildə Atamurad şəhərində Türkmənistan-Əfqanıstan-Tacikistan dəmiryolu inşasının təməli atılmışdır. Dəmir yolunun sosial-iqtisadi inkişaf tempinin və regionun rifahının artırılması üçün əlverişli şərait yaradacağı ehtimal olunur[6].