Tahir Abuzər oğlu Kərimov (1961, Sədərək, Noraşen rayonu) — Salyan Rayon İcra Hakimiyyətinin başçısı (2011–2016), Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı (2006–2011).
Tahir Kərimov | |
---|---|
18 fevral 2011 – 4 mart 2016 | |
Əvvəlki | Əliağa Hüseynov |
Sonrakı | Sevindik Hətəmov |
16 fevral 2006 – 18 fevral 2011 | |
Əvvəlki | Fəxrəddin Cabbarov |
Sonrakı | Əhəd Abıyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1961 |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | dövlət xadimi |
Vikianbarda əlaqəli mediafayllar |
Tahir Kərimov 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirib.
1979-cu ildə Azərbaycan SSR Mənzil Kommunal Nazirliyinin Mənzil Kommunal kontorunda əmtəəşünas vəzifəsində çalışıb. 1979–1981-ci illərdə hərbi xidmətdə olub.
1981–1989-cu illərdə Azərbaycan Respublikası Mənzil Kommunal Nazirliyinin mənzil Kommunal kontorunda fəhlə, çilingər, əmtəəşünas, iqtisadçı, şöbə rəisi, mühasib, baş mühasib vəzifələrində işləyib.
1989–1991-ci illərdə Sənaye Tikinti Birliyində baş mühasib vəzifəsində çalışıb. 1991–1995-ci illərdə "Ümid" İstehsalat Assosiasiyasının Prezidenti olub. 1995–2001-ci illərdə H. Z. Tağıyev adına balıqhisləmə zavodunun direktoru vəzifəsində çalışıb.
2001–2002-ci illərdə "Caspian Fish" LTD şirkətinin baş direktoru vəzifəsində işləyib. 2003–2006-cı illərdə H. Z. Tağıyev adına Balıqhisləmə zavodunda direktor və idarə heyətinin sədri vəzifələrini icra edib.
2006–2011-ci illərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş, 4 mart 2016-cı ildə isə həmin vəzifədən azad edilmişdir.[1]
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 4 övladı var.