Əhəd Abıyev

Əhəd Mikayıl oğlu Abıyev (15 yanvar 1958, Masallı rayonu) — Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı (2011–2023),[1] Azərbaycan Respublikasının Milli Məclisi I, IIIII çağırış deputatı.

Əhəd Abıyev
bayraq
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
23 fevral 2011 – 17 iyul 2023
ƏvvəlkiTahir Kərimov
SonrakıOrxan Abbasov
24 noyabr 1995 – 2010
Seçki dairəsi1995, 2000 — 77 saylı Masallı şəhər
2005 — 70 saylı Masallı şəhər
ƏvvəlkiVəzifə təsis edildi. (77 saylı)
Vəzifə təsis edildi. (70 saylı)
SonrakıVəzifə ləğv edildi. (77 saylı)
Nəriman Əliyev (70 saylı)
Şəxsi məlumatlar
Doğum tarixi 15 yanvar 1958(1958-01-15) (66 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2018

Əhəd Abıyev 1958-ci il yanvarın 15-də Masallı rayonunda anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin hüquq fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlamışdır. 1977–1979-cu illərdə hərbi xidmətdə olmuşdur.

1979–1980-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin 1 saylı tikinti-quraşdırma idarəsində usta, 1980–1982-ci illərdə Bakı şəhər Mənzil İdarəsində texnik, 1982–1984-cü illərdə "Azərittifaq" Universal bazasında iqtisadçı, 1984–1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991–1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əlcəzair, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[2]

  1. "Ə.M.Abıyevin Daşkəsən rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2011-ci il tarixli Sərəncamı". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-09.
  2. "Ə.M.Abıyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]