Tahir Beybala oğlu Süleymanov — azərbaycanlı keçmiş futbolçu və futbol hakimi.
Doğum |
22 dekabr 1964 (59 yaş) | ||
---|---|---|---|
Yerli səviyyədə | |||
İllər | Liqa | Rolu | |
AFFA | Hakim | ||
Beynəlxalq səviyyədə | |||
İllər | Liqa | Rolu | |
FİFA dərəcəli hakim | Hakim |
Tahir Süleymanov 22 dekabr 1964-cü ildə Şamaxıda anadan olub.[1][2] 10-11 yaşlarında olarkən ailəsi ilə birlikdə Bakıya köçüb.[2]
Peşəkar şəkildə futbolla məşğul olub. "Vışka" komandasının heyətində hücümçu və yarımmüdafiəçi mövqeyində çıxış edib. Erkən yaşlarında futbolu buraxıb və məşqçiliyə başlayıb.[2]
Bir müddət sonra futbol hakimliyinə keçən Süleymanov, 1989-cu ilin sonundan SSRİ çempionatının II liqasının oyunlarına təyinat alıb.[2]
Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 109 dəfə baş hakim olmuşdur[3].
Fəxri bədən tərbiyəsi və idman xadimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2005)[4] Məzahir Süleymanzadənin qardaşıdır.[5]