Məzahir Süleymanzadə

Məzahir Süleymanzadə (22 dekabr 1952, Bakı11 may 2022, Bakı) — Fəxri bədən tərbiyəsi və idman xadimi. Azərbaycanın əməkdar mədəniyyət işçisi (2005)[1]

Məzahir Süleymanzadə
Doğum tarixi 22 dekabr 1952(1952-12-22)
Doğum yeri
Vəfat tarixi 11 may 2022(2022-05-11) (69 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti jurnalist, yazıçı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2005

1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş jurnalist Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib. 1974-1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.[2]

Müxtəlif illərdə «Leninskoe znamya», «Krasnaya zvezda», «İdman» - «Sport» qəzetlərində, «Sovetski voin» jurnallarında çalışıb. «Kommunist» qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub. 1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilkləriindən sayılan «Səhər» qəzetini təsis edib. M.Süleymanzadə həmçinin çoxsaylı kitablar müəllifidir.

1984-1994-cü illərdə «Qızıl qələm», «Həsən bəy Zərdabi», «Mirzə Cəlil», həmçinin «Araz» Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Jurnalist 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülüb.[3]

Məzahir Süleymanzadə 11 May 2022-ci ildə 69 yaşında vəfat edib. O, Mərdəkan qəbiristanlığında dəfn olunub

  1. "Məzahir Süleymanzadə". 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
  2. "Məzahir Süleymanzadə". 2019-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
  3. "Məzahir Süleymanzadə ilə fotosöhbət". 2019-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.