Tahir ibn Hüseyn

Tahir ibn Hüseyn (?-822)—Tahirilər sülaləsindən sərkərdə, Xorasan canişini.

Tahir ibn Hüseyn bin Məsəb bin Razikdir. Bəzi mülahizələrə görə Razik Rüstəmi Zalın soyundan gəlir. Abdullah Tahirilər sülaləsindən idi. VII əsrdə onun soyu müsəlmanlığı qəbul edib Xuzaa qəbiləsinə qoşulmuşdu.

Tahir ibn Hüseyn xəlifə sarayında türklərə qarşı müxalifətdə idi. Çox çalışırdı ki, sərkərdələr əsasən farslardan olsun.[1]

Başqa bir iri torpaq sahibi Tahirilər ailəsindən olan, Əminlə, ixtilaf zamanı Məmunun tərəfini saxlayıb, hakimiyyətə gəlməsinə böyük kömək göstərən Tahir ibn Hüseyn 821-ci ildə Xorasanın canişini təyin edildi. Bəzi mülahizələrə görə Tahiri türklərin təpkisi-təsiri ilə göndərmişdilər.

Tahir Xorasanın idarə olunmasında müstəqil hərəkət etməyə başladı. Bu vaxtları Babəkilər xilafət ordusu üzərindəilk qələbələr çalır, xürrəmilik geniş yayılırdı. Xilafətin zəifliyini hiss edən Tahir 822-ci il noyabr ayında cümə günü məsciddə xütbə oxunarkən əmr edir ki, Məmunun adı xütbədən çıxarılsın. Bu xəlifəni tanımamaq demək idi. Həmin günün sabahı, yəni Məmunun adı xütbədən çıxarılandan birgün sonra Tahirin öz otağında ölüsünü tapdılar.

Şərq əyalətlərində yüksək nüfuzu olan Tahirin aradan götürülməsi Məmun üçün yaranmış başqa bir təhlükəni sovuşdursa da, əsaslı bir yenilik vermədi.

Tahirin Abdullah adlı oğlu vardı.

  1. əl-Cahiz, Fəzail əl-Ətrak, I, səh.55.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]