Abdullah ibn Tahir (ərəb. عبد الله بن طاهر الخراساني; təq. 798[1], Nişapur – noyabr 844[1], Nişapur) — Tahirilər sülaləsindən Xorasan hakimi, sərkərdə.
Abdullah ibn Tahir | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 798[1] |
Doğum yeri | |
Vəfat tarixi | noyabr 844[1] |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Uşağı | |
Atası | Tahir ibn Hüseyn |
Abdullah ibn Tahir bin Hüseyn bin Məsəb bin Razikdir. Bəzi mülahizələrə görə Razik Rüstəmi Zalın soyundan gəlir. Abdullah Tahirilər sülaləsindən idi. VII əsrdə onun soyu müsəlmanlığı qəbul edib Xuzaa qəbiləsinə qoşulmuşdu.
Abdullah Zülyəmineyn ləqəbi ilə tanınırdı. Bağdadın valisi olmuşdu.
Minorski Babəkin Abbasi sərkərdəsi Məhəmməd ət-Tusi və onun 150 minlik ordusunu tamamilə darmadağın etməsindən bəhs edilir[2]. Xəlifə Məmun Məhəmməd ət-Tusinin həlak olmasından çox qəmgin olmuşdu, çünki o, çox bacarıqlı sərkərdə idi. Az sonra ərəb qoşunlarının komandanı İbrahim ibn əl-Leys ibn əl-Fəzl oldu[3][4], "onu da Babək sonrakı 829/30] ildə məğlub etdi"[5].
Ərəb qoşunları bir də darmadağın ediləndən sonra, xəlifə Məmun qətiyyətli Abdullah ibn Tahiri ordu başçısı təyin etdi, lakin o, Babəklə vuruşmalı olmadı, çünki qardaşı öləndən sonra irsi olaraq Xorasan hakimi vəzifəsini tutmalı idi[6][7][8].
Abdullah ibn Tahir 828-ci ildə Nişapura gəldi.
Təbəri yazır: "Babəki fildən endirib Mötəsimin hüzuruna gətirdilər. Sonra cяlladı çağırdılar. Cяllad onun əl-ayağını kяsdi. Sonra başını kəsib qarnını yardı. Bədənini Samirədя dardan asdılar. Başını bütün islam şəhərlərində gəzdirdikdən sonra Nişapura Abdullah Tahirə göndərdilər. O da onu dardan asdı".[3]
839/40-cı ildə Afşin xəlifənin şəxsi ordusunun başçısı vəzifəsindən kənar edildi[9], 840-cı il 7 sentyabrda isə xəlifənin əmri ilə həbs edildi. Afşinin həbs edilməsinin səbəbi bu idi. Afşin Azərbaycan, Arran və Ermənistanda xəlifənin canişini olaraq topladığı sərvət və qiymətli əşyanı, habelə Babəklə müharibə zamanı ələ keçirdiyi hər şeyi Xilafət ərazisində saxlamayıb, mötəbər adamları gizlicə Usruşanaya göndərirdi. Sərvət dolu karvanlar Təbəristan yolu ilə göndərilirdi. Afşinlə şəxsi qərəzi olan Abdullah ibn Tahir isə bu barədə xəlifəyə məlumat verirdi. Mötəsim, Abdullah ibn Tahirə əmr etdi ki, ətraflı kəşfiyyatla məşğııl olub Afşinin gizli işlərinin üstünü açsın.
Bir gün Afşin həmişəki kimi, bir dəstə öz adamını min dinar va ya daha artıq pulla Usruşanaya göndərdi. Onlar pulu öz qurşaqlarına tikmişdilər. Nişapur yaxınlığında Abdullah ibn Tahir onları tutdu. O, adamların üstünü axtarıb pulu tapandan sonra maraqlandı ki, bu qədər böyük məbləğ haradan onların əlinə keçmişdir. Onlar cavab verdilər ki, pul Afşinindir. Abdullah aldığı pulu öz qoşununa payladı və bu xüsusda xəlifəyə və Afşinə xəbər verdi. Afşinə yazdı ki, tutulan adamların sözünə inanmır. Abdullahın hərəkətindən qəzəblənən Afşin ona cavab verdi ki, "onun pulu ilə Əmir əl-Möminin pulu eyni şeydir və xahiş etdi ki, adamları buraxsın ta onlar Usruşanaya gedə bilsinlər. Abdullah ibn Tahir onları azad etdi, onlar da çıxıb getdilər"[10][11][12].
Bu hadisə Afşin ilə Abdullah ibn Tahir arasındakı ədavəti daha da dərinləşdirdi; odur ki, Abdullah gizlicə Afşinin işlərinə daha diqqətlə göz qoymağa başladı. Xəlifənin şübhəsini doğuran Afşin xəlifənin soyuq yanaşdığını görürdü, lakin özünün nə edəcəyini bilmirdi. O, Xilafətdən qaçmağı qərara aldı. Öz sarayında, sal içində çay və dənizdən keçmək üçün dəri tuluqlar hazırladı. Afşin istəyirdi xəlifə və onun sərkərdələrinin başları qarışdığı bir gündə Mosula qaçsın, tuluqla Zab çayını keçib Azərbaycana çatsın, oradan da dəniz yolu ilə xəzərlərin yanına getsin. Bu planı həyata keçirmək çox çətin oldu.
Xəlifə Afşini çağırtdırdı və əmr etdi ki, onu Cövsək iqamətgahında içəri Ləl ("Mirvari") həbsxanasına salsınlar; sonralar bu yer "Afşinin həbsxanası" adlanmağa başladı[13][14][15]. Afşinin işini dərindən öyrənən xəlifə gördü ki, Afşinin oğlu Həsənin bütün işdən xəbəri var və atası ilə əlbirdir, yəni o da Xilafət üçün böyük təhlükə təşkil edir. Buna görə, Abdullah ibn Tahirə əmr etdi ki, Həsəni hiylə ilə çağırıb həbs etsin. Abdullah xəlifənin tapşırığını yerinə yetirməyi Buxara hakimi Nuh ibn Əsədə əmr etdi. Abdullah Həsənə yazdı ki, o Nuhun yerinə vilayətin hakimi təyin olunur. Həsən kiçik bir mühafizə dəstəsi ilə Səmərqəndə gələn kimi, Nuh onu həbs edib zəncirlədi və Abdullah ibn Tahirin yanına, Abdullah da onu xəlifə Mötəsimin yanına göndərdi. Afşin Xilafətə və islama xəyanətdə ittiham edildi və məhkəmə quruldu.
Abdulla ibn Tahir Afşini sorğulamışdı. İbn İsfəndiyarda biz, Məzyərin Abdullah ibn Tahirə verdiyi ifadənin başqa rəvayətinə rast gəlirik: "Bil ki, mən, Afşin Heydər ibn Kavus və Babək bir-birimizlə uzun müddət danışıq aparmış və bu nəticəyə gəlmişik ki, imperiyanı ərəblərdən alaq və Xosrovun dövründə olduğu şəkildə bərpa edib saxlayaq. Dünən filan yerdə Afşinin qasidi yanıma gəlib qulağıma bir söz dedi". "Bəs nə dedi?" – deyə Abdullah ibn Tahir soruşdu. "O, əməliyyat haqqında Afşinin məktubunu gətirdi ki, filan gün, filan saat, o, Mötəsimi, onun oğulları Harun əl-Vasiq ilə Cəfər əl-Mütəvəkkili öldürəcəkdir"[16]. Afşin dedi ki, burada Məzyərin öz qardaşı və mənim qardaşım haqqında dediklərinin ona dəxli yoxdur, əgər o, belə bir şey yazmış olsaydı, Məzyəri öz tərəfinə çəkmək, sonra onu hökumətə təslim etmək beləliklə də, xəlifənin daha çox etimadını qazanmaq məqsədilə edərdi.
Xorasan valisi Abdullah bin Tahir, çox adil və aqil bir insan idi. Onun xidmətçiləri bir neçə oğru tutmuş və ona bildirmişdilər. Valinin hüzuruna gətirərkən oğrunun biri qaçır və xidmətçilər oğrunun yerinə yoldan keçən dəmirçini tutub aparırlar. Vali əmr edir ki, hamısını zindana salsınlar. Günahsız dəmirçi zindana düşən kimi dəstəmaz alıb namaz qılır. Namaz qılarkən Allaha belə dua edir:
-Ya rəbb, bir günahımın olmadığını ancaq sən bilirsən. Məni bu zindandan ancaq sən çıxara bilərsən.
Vali gecə yuxuda görür ki, dörd qüvvətli adam onun taxtını tərsinə çevirir. Yuxunu görən kimi dəstəmaz alıb namaz qılır sonra yenə yatır. Yenə də o yuxunu görür. Anlayır ki bir məzlumun ahı onu tutub. Zindan rəisini çağırıb ondan soruşur:
-Bu gecə zindana günahsız bir adam salmısınızmı?
-Mən bilmirəm amma bir nəfər bütün gecəni ağlayıb, namaz qılır.
Vali əmr edir ki o adamı yanına gətirsin. Adam gəlir. Vali onu sorğu suala tutur və məsələnin nə yerdə olduğunu başa düşür. Ondan üzr istəyir və hədiyyə olaraq 1000 gümüş verir və nə vaxt bir xaişi olsa gəlib ona istədiyi vaxt ərz edə biləcəyini söyləyir.
Dəmirçi onu bağışlayır hədiyəsini də qəbul edir, ancaq xaişə gəlməyəcəyini bildirir. Vali onun bu sözünə çox təəccüblənir:
-Nə üçün gəlməyəcəksən?
-Mənim kimi kasıb bir insanın duasını eşidib sənin taxtını tərsinə çevirən sahibimi qoyub nə üçün sənə xahişə gəlməliyəm? Mən necə başqasına sığına bilərəm? Rəbbim sonsuz rəhmət xəzinəsinin qapısını, ehsan süfrəsini hər kəsə açmış ikən mən başqasından necə istəyə bilərəm?