Taiaro (fr. Taiaro) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası).
Raroia adası | |
---|---|
fr. Raroia | |
Ümumi məlumatlar | |
Sahəsi | 6 km² |
Hündür nöqtəsi | 5 m |
Əhalisi | 0 nəfər (2007-ci il) |
Yerləşməsi | |
15°45′ c. e. 144°38′ q. u.HGYO | |
Ölkə | Fransa Polineziyası |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tuamotu arxipelaqının şimal-qərbində yerləşir. Taenqa atolundan 53 km şimal-şərqdə, Rarakadan 42 km cənub-qərbdə yerləşir[1]. Ən yaxın materik sahilindən (Cənubi Amerika) 6200 km[2] məsafədədir. Ada ovalvari formaya malikdir. Atollun sahəsi 6 km²-dir. Maksimal hündürlüyü 5 metrdir. Daxilində olan laqunun dərinliyi 15 – 20 m arasında dəyişir. Ümumi sahəsi isə 12 km²-dir.
Ərazisində tropik iqlim hökm sürür. Tropik siklon və sunamilərin təsirinə məruz qalır.
İnzibati baxımından Fakarava kommunasına daxildir.
Taiaro ilk dəfə 1835-ci ildə kapitan Robert Fisro (ing. Captain Robert FitzRoy) tərəfindən kəşf edilir. Bununlada Tuamotu arxipelaqında avropalılar tərəfindən kəşf edilən son ada olur. 1839-ci ildə adanı amerika səyyahı Çarlz Vilksın ekspedisiyası tərfindən ziyarət edilir. O, adanı «Kinq adası» (ing. King's Island) olaraq adlandırır.
1972-ci ildə adanın sahibi U. Robinson onu təbiət qoruğu elan edir. 1977-ci ildə isə UNESCO tərəfindən biosfer qoruğu[3] statusu alır.
Hazırda (29.07.2015) ada € 6 900 000[4] qiymətində satışa çıxarılıb.
2007-ci il məlumatına görə adada yaşayış yoxdur.