Çarlz Vilks (ing. Charles Wilkes; 3 aprel 1798[1][2][…], Nyu-York, Nyu-York ştatı – 8 fevral 1877[1][2][…], Vaşinqton) — Amerikalı gəmi kapitanı və səyyah, 1838–1842-ci illər aralığında Böyük Şimal Okeanının bir sıra adalarını dolaşmış, elmi kəşf heyətini idarə etmişdir. Daha sonra Avstraliyaya gedib, Antarktidada "Vilks ərazisi"ni kəşf etdi və Fici ilə Havay adalarını, ABŞ-nin şimal-qərb sahillərini gəzdi və Filippin yoluyla Borneoya qədər geri döndükdən sonra, Polineziya Ümid burnu yolu ilə ölkəsinə çatdı. Daha sonra səyyah bu səfərindən bəhs edən bir kitab yayımladı (1844) və bu kitabda elmi kəşflərindən bəhs etdi.
Çarlz Vilks | |
---|---|
ing. Charles Wilkes | |
Doğum tarixi | |
Doğum yeri | ABŞ, Nyu-York |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | ABŞ, Vaşinqton |
Dəfn yeri | |
Milliyyəti | Amerikalı |
Təhsili | |
Fəaliyyəti | Səyyah |
Fəaliyyət illəri | 1818-ci ildən |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Vilks 1798-ci il 3 aprel tarixində, Nyu-York şəhərində anadan olmuşdur. Anası Meri Siton 1802-ci ildə, Vilks hələ üç yaşında ikən vəfat etmişdir. Nəticədə, Çarlz xalası Elizabet Ann Siton tərəfindən böyüdüldü. Elizabet 5 uşağla dul qaldığı zaman Vilks yatılı məktəbə göndərildi, və sonra o Kolumbiya Kolecində təhsilinə davam etdir. Vilk 1826-cı ildə ABŞ hərbi donanmasına "dəniz hərbi məktəb tələbəsi" (midshipman) olaraq daxil oldu və 1826-cı ildə Leytenant rütbəsi ilə təltif olundur