Taif (ərəb. الطائف) — Səudiyyə Ərəbistanının qərbində Məkkə vilayətində şəhər. Məkkədən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1751 m yüksəklikdə tarixi Hicaz regionunda yerləşir. Regionun əlverişli iqlimi nəticəsində şəhər ətrafında kənd təsərrüfatı inkişaf etməkdədir. Burada meyvə, tərəvəz və taxıl yetişdirilir. Taif şəhərində Səudiyyə hökumətinin yay iqamətgahı yerləşir.
Şəhər | |
Taif | |
---|---|
ərəb. الطائف | |
21°26′ şm. e. 40°21′ ş. u.HGYO | |
Ölkə | Səudiyyə Ərəbistanı |
Vilayət | Məkkə |
Başçı | Meşal ibn Abdullah əl-Səud |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | VI əsr |
Yaşayış məntəqəsi statuslu | 1924 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1 878 m |
Saat qurşağı | UTC+3 |
Əhalisi | |
Əhalisi | 521 273 nəfər (2004) |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | +966-2 |
Digər | |
taifcity.gov.sa | |
Vikianbarda əlaqəli mediafayllar |
Taif şəhəri VI əsrdə yaranmışdı. Şəhərin adı burda yaşayan Saqif ailəsi ilə bağlıdır. Taif Məkkədən 100 km cənub-şərqdə yerləşirdi[1]. 630-cu ildə Xilafət tərkibinə daxil olan şəhər[2], 1517-ci ilə qədər onun tərkibində qalır. 1517-ci ildə Osmanlılar tərəfindən işğal edilərək Hicaz şərifliyinin tərkibinə daxil edilir. XIX əsrdə Birinci Səudiyyə əmirliyinin əlinə keçsədə Osmanlı-Səudiyyə müharibəsi nəticəsində təkrar Osmanlıların əlinə keçir. XX əsrin əvvəllərində Haşimilər sülaləsinin üsyanı nəticəsində yaranmış Hicaz krallığının tərkibinə daxil olur. Ancaq, tezliklə Hicaz krallığı süqut edir və torpaqları əvvəl Nəcd və Hicaz krallığının, sonra isə Səudiyyə Ərəbistanı əmirliyinin tərkibinə qatılır.
Taif şəhərində isti səhra iqlim tipi var. İlin yay ayları isti, qış ayları mülayim keçir. Yağıntının miqdarı çox aşağıdır. yaz və payız aylarının sonu yağışlar çoxalır.