Takapoto

Takapoto (fr. Takapoto) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Taitidən 560 km şimal-şərqdə, Takaroadan 8 km cənub-qərbdə yerləşir.

Takapoto adası
fr. Takapoto
Ümumi məlumatlar
Sahəsi 15 km²
Uzunluğu
  • 20 km
Eni 67 km
Əhalisi 472 nəfər (2007-ci il)
Yerləşməsi
14°37′ c. e. 145°12′ q. u.HGYO
Ölkə  Fransa Polineziyası
Akvatoriya
Takapoto adası xəritədə
Takapoto adası
Takapoto adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Atollun kosmosdan təsviri.

Dairəvi formaya malikdir. Uzunluğu 20 km, eni 6 km təşkil edir. Atollun sahəsi 15 km²-dir. Daxilində laqun vardır. Laqun okean sularından tam təcrid olunmuşdur.

Ada ilk dəfə 1616-ci ildə holland səyyahları Villem Shouten və Yakob Lemer tərəfindən kəşf edilir.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

İnzibati baxımından Takaroa kommunasına daxildir.

2007-ci il məlumatına görə adada 472 nəfər yaşayır. Fakatopatere əsas yaşayış məntəqəsidir. Yerli əhalinin əsas məşğuliyyəti Kopra istehsalı, mirvari toplamaq və balıqçılıqdır. Adada eniş-uçuş zolağı vardır.