Take Asay (浅井タケ, Asay Take?, 5 aprel 1902, Otasu[d] – 30 aprel 1994, Sapporo) və ya Takonanna (aynu. タㇵコナンナ) – Saxalin aynucası dilini ana dili kimi danışan sonuncu şəxs.
Take Asay | |
---|---|
Doğum tarixi | 5 aprel 1902 |
Doğum yeri | |
Vəfat tarixi | 30 aprel 1994 (92 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | uşaqlıq xərçəngi[d] |
Take Asay 1902-ci ildə Saxalinin qərb sahilində yerləşən Otasu kəndində doğulmuşdur. Atasının adı Çikiyupi Yamada (aynu dilində Şupo), anasının adı Tetsuko (aynu dilində Tekakunkema) idi. Doğumundan qısa müddət sonra atası, 18 yaşında isə anası xəstəlikdən ölmüşdür. Gənc yaşında olarkən görmə qabiliyyətini itirmişdir. Valideynlərinin ölümündən sonra Otasunun 4 kilometr şimalında yerləşən Rayçişikada yaşayan qohumlarının yanına köçmüş[1] və Saxalin aynucasını dilinin Rayçişika dialektində səlis danışa bilmişdir.[2] Burada Masaru Asay ilə evlənmişdir.[1]
İkinci dünya müharibəsindən sonra Hokkaydoda yaşamağa başlamış, 1961-ci ildə əri ölmüşdür. 1974-cü ildə Hokkaydonun Monbetsu şəhərində yerləşən qocalar evində yaşamağa başlamışdır. Uşaqlıq yolu xərçəngindən əziyyət çəkdiyi üçün 1993-cü ilin mayında Sapporoda yerləşən xəstəxanaya aparılmış, 30 aprel 1994-cü ildə ölmüşdür.[1]
Aynu dilini araşdıran alimlər 1984-cü ildə Asay ilə tanış olmuşdurlar.[1] O, ölümünə qədər Pilsudski Tədqiqat Layihəsinə töhfə vermişdir. Ölümündən sonra Saxalin aynucası ölü dil hesab olunmuşdur. Onun töhfələri aynu dili tədqiqatları üçün əhəmiyyətli hesab olunur.[2]