Taksi (film, 1998)

Taksi (fr. Taxi) —  kinokomediya, döyüş, macəra və detektiv janrlarını özündə ehtiva edən fransız filmidir. Dünya üzrə 200 mln dollar gəlir gətirməklə, Fransanın ən uğurlu filmlərindən biri hesab edilir[2]. Çəkiliş studiyaları ARP, TF1 Films Productions, Le Studio Canal+, Cofimage 9, Studio Image 4, EuropaCorp (Aktyor) olmuşdur.

Taksi
fr. Taxi
Janr döyüş
komediya
kriminal
Əsas mövzu mütəşəkkil cinayətkarlıq
Rejissor Jerar Pires
Prodüser Mişel Peten
Ssenari müəllifi Lük Besson
Baş rollarda Sami Naseri
Frederix Difental
Marion Kotiyar
Emma Syoberq
Operator Jan-Pyer Syover
Bəstəkar IAM
İstehsalçı Canal+
Studiya ARP
TF1 Films Productions
Le Studio Canal+
Cofimage 9
Studio Image 4
EuropaCorp (Aktyor)
Distribütorlar ARP Sélection (Fransa)
Lions Gate Entertainment (ABŞ)
İlk baxış tarixi 1998[1]
Müddət 86 dəq.
Büdcə FRF 53 mln
Ölkə Fransa Fransa
Dil fransızca
İl 1998
Sonrakı film Taksi 2
Rəng rəngli
Çəkiliş yeri Marsel
IMDb ID0152930
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hadisələr Marseldə cərəyan edir. Filmdə Pizza kuryeri işindən çıxmış və taksi fəaliyyəti ilə məşğul olmağa başlayan gənc oğlan Danieldən bəhs edilir.

O, özünün Pejo 406 markalı avtomobilini modifikasiya etməklə, maşının sürətini xeyli artırır. Buna görə də onun yolda sürət həddini ölçən polislərdən xoşu gəlmir. Tale onu heç bəxti gətirməyən polis müfəttişi Emilyenlə rastlaşdırır. Emilyen 8-ci dəfədir ki, sürücülük imtahanından kəsilir və hamıya İBM-də işlədiyini deyir. Daniel mülki geyimdə olan Emilyeni mənzil başına çatdırarkən sürət həddini aşır və digər yol hərəkəti qaydalarını pozur. Bundan sonra Daniel seçim qarşısında qalır — ya bir ay müddətində polisdə çalışmalı, ya da sürücülük vəsiqəsi ilə vidalaşmalıdır. Daniel isə birinci variantı seçir.

Daniel və Emilyen bankları asanlıqda qarət edən "Mersedesdə (Mercedes-Benz E-klass— (W124) — model 500E. avtomobil 5 litrlik V8 tipli mühərriklə təchiz edilmişdir) gəzən" alman mütəşəkkil cinayət dəstəsini tutmağa çalışırlar. Nəhayət, Danielin sayəsində, bu, onlara nəsib olur.

Filmdəki Pejo 406.Soşoda yerləşən "Pejo macəraları muzeyi"
  •  Daniel Morales (taksi sürücüsü) — Sami Naseri
  • Emilyen Kutan-Korbadek (polis müfəttişi) — Frederix Difental
  • Lili (Danielin rəfiqəsi) — Marion Kotiyar
  • Petra (Emilyenin həmkarı) - Emma Soberq
  • Komissar Jİber
  •  Alen(Emilyenin həmkarı)
  • Chiens de Paille — Maudits Soient Les Yeux Fermés
  • Akhenaton — Scooter
  • Assia — Dini
  • Fonky Family — L'Amour Du Risque
  • Akhenaton — La Charge
  • Deni Hines — Give Me Your Love
  • 3ieme Oeil — La vie de rêve
  • Akhenaton — Première Attaque
  • Freeman and K Rhyme Le Roi — Le Dernier Coup
  • Karl — Ne Rien Faire
  • Akhenaton — 2eme Attaque
  • IAM — Marseille La Nuit
  • Mafia Underground — Taxi 777
  • Akhenaton — Dernière Banque
  • Carre Rouge — Vie Infecté
  • K Reen and Def Bond — Tu me plais
  • Akhenaton — Thème de lily III
  • Akhenaton — Lyrix Files
  • Deni Hines — What Makes You A Man