Marion Kotiyar

Marion Koliyyar (fr. Marion Cotillard; 30 sentyabr 1975[2][3][…]) — fransız teatr, televiziya və kino aktrisası. 

Marion Kotiyar
fr. Marion Cotillard[1]
Doğum tarixi 30 sentyabr 1975(1975-09-30)[2][3][…] (49 yaş)
Uşağı 2[4]
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1982-ci ildən
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeni kavaleri
Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı
IMDb ID0182839
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marion Koliyyar 30 sentyabr 1975-ci ildə Parisdə doğulmuşdur. Anası teatr aktrisası, atası — Jan-Klod- teatr aktyoru, rejissor, "Kotiyyar" teatr qrupunun yaradıcısı və aktyor sənəti məktəbinin müəllimidir. Marionun özündən kiçik iki əkiz qardaşı — Kventin və Qiyom var. Kventin rəssam- heykəltəşar, Qiyom isə yazıçıdır.

Həm fransız, həm də xarici filmlərdə çəkilir. "Uzun müddətli nikah" filminə görə "ən yaxşı ikinci plan aktrisası" nominasiyasında "Sezar" mükafatına layiq görülmüşdür. 2008-ci ildə "Çəhrayı həyat" filmində yaratdığı Edit Piaf roluna görə "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar" mükafatına layiq görülmüşdür. Marion Koliyyar xarici dildə çəkilmiş filmdə oynadığı rola görə Oskara layiq görülmüş ikinci aktrisa olmuşdur. İlk belə nailiyyətə 1962-ci ildə Sofi Loren imza atmışdı. Eyni zamanda "Çəhrayı həyat" filmində oynadığı rola görə Marion Qızıl Qlobus və Britaniya kino və teleincəsənət akademiyasının BAFTA mükafatına layiq görülmüşdür.

Karyerasının başlanğıcı

[redaktə | mənbəni redaktə et]

1994-cü ildə Amerika serialı olan "Dağlı"da epizodik rolda çəkilmişdir. Bu debütündən sonra Kotiyyar kino və televiziyada rol aalmağa başladı. Böyük erkanda ilk rolu "Öpülmək istəyən oğlanın hekayəsi" filmində Matilda rolu olmuşdur. Həmin il Marion Fransanın idman institutunun tələbələrindən bəhs edən "Qırmızı hədd" serialında baş rollardan birinə çəkilmişdrir. 1996-cı ildə o "Mənim seksual həyatımın müzakirəsi" dramında və "Yaşıl gözəl" elmi-fantastik komediyasında ikinci plan rollarında çəkilmişdir. Bu cəhdlərə baxmayaq, aktrisanın karyerasında durğunluq başladı.

Kinoda yüksəlişi

[redaktə | mənbəni redaktə et]

"Uzun müddətli nikah" 2004

1997-ci ildə "Bitmiş iş" (fr. Affaire classée) tamaşasında oynadığı rola görə nüfuzlu teatr mükafatı qazandı. Həmin vaxt o, rejissoru Jirar Pires, ssenari müəllifi Luk Besson olan Taksi filmində baş qəhrəmanın nişanlısı — Lili Bertino roluna təsdiqləndi. Bu film sayəsində Marion Kotiyyar Fransa və dünya tamaşaçılarına özünü tanıtdı və Fransanın nüfuzlu kino mükafatı olan "Sezar" mükafatına layiq görüldü. 2000 və 2003-cü illərə Marion Kotiyyar Taksi filminin davamı olan "Taksi 2" və "Taksi 3" filmlərində çəkildi. Taksi filmindən sonra Marionun aktrisa kimişöhrəti xeyli artdı ə bir-birinin ardınca təkliflər gəlməyə başladı. Ən məşhur filmləri arasında Frensis Ryosserin "Dağlarda döyüş" dramını və Pyer Qrimblatın "Liza" hərbi dramını qeyd etmək olar. 2001-ci ildə o, Jil Pake-Brennenin "Sevimli qızlar" filmində iki baş rolu birdən (əkiz bacılar Mari və Lüsi) oynamışdır. Bu rolları ifa etmək üçün Marion bir aylıq musiqi təhsili almışdır. BU filmə görə də o, "Sezar" mükafatına layiq görülmüşdür. Daha sonra o, Qiyom Niklonun "Şəxsi araşdırma" trillerində və Yan Samuelin "Cəsarətin varsa, mənə aşıq ol" romantik komediyalarında, çox həssas və romantik baş rolları məharətlə ifa etmişdir. Öz aktrisa qabiliyyətlərinə görə o, Nyuyork-Biç kinofestivalında ən yaxşı aktrisa mükafatına layiq görülmüşdür. 2003-cü ildə Marion Yen Makqreqor, Albert Finni, Heleni Karter, Denni De Vito, Stiv Buşemi və Cessiki Lenqdən ibarət çox ciddi aktyor heyəti ilə birlikdə, rejissor Tim Bertonun "İri balıq" filmində baş qəhrəmanın hamilə nişanlısı rolunda çəkilmişdir.

Karyerasının zirvəsində

[redaktə | mənbəni redaktə et]

Rejissor Jan-Pyer Jene ilə əməkdaşlıq onun karyerasının zirvəsidir. 2004-cü ildə lentə alınmış "Uzunmüddətli nikah" dramında Jene, Birinci Dünya müharibəsi zamanı, 4 əsgəri ilə birlikdə döyüşməkdən qorxaraq özünə qəsdən zədə yetirmiş və ölüm hökmünə məhkum edilmiş nişanlısını axtaran gənc qız Matildadan (bu rolu Odri Totu ifa etmişdir) bəhs edir. Marion Kotiyyar bu filmdə öz sevgilisini axtran keçmiş fahişə Tina Lomdardinin rolunu canlandırır, lakin onun sevgilisi ölmüşdür və Tina öz hirsini ittiham edilənin üzərinə tökür və onların öldürülməsinə nail olmaq istəyir. Bu rolu Marion çox həyatı şəkildə oynamışdır. Filmin rejissorunun sözlərinə görə filmin çəkilişi zamanı Marion ciddi əsəbi gərginlik keçirmişdir. Bu roluna görə Kotiyyar "ən yaxşı ikinci plan aktrisası" nominasiyasında "Sezar" mükafatına layiq görülmüşdür. "Uzunmüddətli nikah"dan sonra Marion ən çox tələb olunan fransız aktrisasına çevrildi. 2005-ci ildə onun iştirakı ilə 5 film çəkildi və 2006-cı ilin noyabrında Ridli Skotun "Yaxşı il" romantik komediyasının premyerası baş tutdu. Bu filmdə Marion Rassel Krou ilə birlikdə baş rollardan birini ifa etmişdi. 2007-ci ildə Marion "Çəhrayı həyat" filmində fransız müğənnisi Edit Piafın rolunu canlandırdı. Bu rola onu yüzlərlə aktrisanın arasından seçmişdilər. Bu rola görə Kotiyyar "Qızıl qlobus" və "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar" mükafatına layiq görülmüşdür.

2013-cü ildə David Bouinin "The Next Day" klipində çəkilmişdir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

2007-ci ildən etibarən aktyor Qiyom Kane (1973) ilə faktiki nikahdadır. Bir oğlan övladları var (Marsel Kane, 19.05.2011)

Kotiyyar — ekologiyanın müdafiəçilərindəndir və "Qrinpis"in üzvüdür. Marion kanadalı rok müğənni Houkli Vorkmanın (Hawksley Workman) pərəstişkarıdır vəonun iki klipində çəkilmişdir.

Filmoqrafiyası

[redaktə | mənbəni redaktə et]
İl Azərbaycanca adı Orijinal adı Rol
1995 qf Qadağan edilmiş video Snuff Movie
1996 f "Mənim seksual həyatımın müzakirəsi" Comment je me suis disputé… (ma vie sexuelle) Tələbə qız
1996 tf Xloe Chloé Xloe
1996 f "Yaşıl gözəl" La belle verte Maşa
1996 f Qağayı La mouette Valeriya
1998 f Taksi Taxi Lili Bertino
1998 tf Qocalmaq qadağandır Interdit de vieillir Abiqeyl Dunyak
1999 f Dağlarda döyüş La Guerre dans le Haut Pays Jüli Bonzon
1999 f Furiya Furia Eliya
1999 f Amerikaya kimi davam edən mavi Du bleu jusqu’en Amérique Solanj
2000 qf Markiz Le Marquis
2000 f Taksi 2 Taxi 2 Lili Bertino
2001 qf Bumer Boomer Madam Bumer
2001 f Liza Lisa Liza
2001 f Sevimli qızlar Les jolies choses Mari/Lüsi
2002 f Şəxsi araşdırma Une affaire privée Krarissa Entoven
2003 f Taksi 3 Taxi 3 Lili Bertino
2003 f Cəsarətin varsa, mənə aşıq ol Jeux d’enfants Sofi Kovalski
2003 f İri balıq Big Fish Jozefina
2004 f Günahsızlıq Innocence Madmuazel Yeva
2004 f Uzunmüddətli nikah Un long dimanche de fiançailles Tina Lombardi
2005 f Edi Edy Selina
2005 f Kavalkada Cavalcade Alizi
2005 f Səmada həyat Ma vie en l’air Elis
2005 f Mariya Mary Qreten Mol
2005 f Hörmətlə Sauf le respect que je vous dois Liza
2005 f Qara qutu La boîte noire İzabella Krüger
2006 f Sən və mən Toi et moi Lena
2006 f Qara oyun Fair Play Nikol
2006 f Yaxşı il A Good Year Fanni Şenal
2007 f Çəhrayı həyat La vie en rose Edit Piaf
2009 f Conni D. Public Enemies Billi Freşet
2009 f Sonuncu uçuş Le dernier Vol Mari
2009 f Doqquz Nine Luiza Kontini
2010 f Başlanğıc Inception Mol
2010 f Kiçik sirrlər Les petits mouchoirs Mari
2011 f Parisdə gecəyarı Midnight in Paris Adriana
2011 f Yoluxma Contagion Həkim Leona Orantes
2012 f Qara cəngavər: Əfsanənin qayıdışı The Dark Knight Rises Miranda
2012 f Pas və sümük De rouille et d'os Stefani
2013 f Qaz qohumluğu Blood Ties Monika
2013 f İmmigrant The Immigrant Eva Tsibulski
2014 f Teleaparıcı 2: bir daha salam Anchorman 2: The Legend Continues kanadalı aparıcı
2014 f İki gün, bir gecə Deux jours, une nuit Sandra
2014 qf Los-ancelesdə snepşot Snapshot in LA
2015 mf Balaca şahzadə The Little Prince Roza
2015 f Makbet Macbeth Ledi Makbet
2015 mf Un monde truqué Avril
2016 f Qatilin kredosu Assassin's Creed

f — film

qf — qısametrajlı

tf — televiziya filmi

mf — multiplikasiya filmi

  • 2008 — Oskar mükafatı —ən yaxşı qadın rolu, Cəhrayı həyat filminə görə
  • 2008 —Qızıl Qlobus — Cəhrayı həyat filminə görə
  • 2008 — BAFTA mükafatı — Cəhrayı həyat filminə görə
  • 2014 — Avropa kinoakademiyasının mükafatı — İki gün, bir gecə filminə görə

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]