Qafqaz meşə siçanı (lat. Apodemus ponticus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür.
Qafqaz meşə siçanı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qafqaz meşə siçanı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Azərbaycanda yaşayan sarıboğaz siçan Qafqaz sarıboğaz siçanı yarımnövünə (lat. Apodemus tauricus saxatilis) aiddir. Bu daha kiçik formadır. Bədəninin uzunluğu 100,0-115,0 mm (ortalama 106,4), quyruğu - 103,0-118,0 (107,9), arxa pəncəsi - 23,0-26,0 (23,9), qulağı - 15,0-20,2 (17,5) mm, kütləsi 24,2-40,5 q (31,8) çatır. Cüzi mi- qdarda Böyük Qafqazın cənub yamaclarında, xüsusi halda Zaqatala-Şəki, Qax, Oğuz və İsmayıllı rayonlarının orta dağlıq meşələrində, eləcə də Quba-Xaçmaz massivinin aran meşələrində və Qusar rayonunun dağətəyi meşələrində rast gəlinir. Tək-tək fərdləri Kiçik Qafqaz ərazisində (Laçın rayonu), eləcə də Kür-Araz ovalığında (Bərdə rayonunun Sultanbud meşəsi) tutulmuşdur [3].
Azərbaycan, Gürcüstan və Erməsnitan ərazisində yayılmışdır, həmçinin İran, İraq, Rusiya Federasiyası və Türkiyə ərazisində yayılması ehtimal olunur.
Yaxın vaxtlara qədər bu növün Zaqafqaziyada olması məsələsi mübahisəli idi. Məsələnin həllini meşə və sarıboğaz siçanların məlum hibridləşmə faktları da mürəkkəbləşdirirdi. Bu da istisna edilmirdi ki, hər iki növün morfoloji əlamətlərinin coğrafı dəyişkənliyi burada əks istiqamətdə getmişdir. Başqa sözlə, Zaqafqaziyada sarıboğaz siçanın daha xırda forması, meşə siçanınm isə iri forması yaşaya bilərdi. İlk dəfə böyük mötəbər material əsasında Azərbaycanın meşə senozlarında sarıboğaz siçanın olmasını S.N.Yerofeyeva sübut etmişdir [4],[5].
Həyat tərzi meşə siçanı ilə eynidir. Qarışıq meşələrdə, meşə-çöldə, otlu çəmənlərdə və kol bitki örtüyü olan biotoplarda yayılıb. Hazır yuvalardan istifadə edir və ya kameraları olan yuvalar qazır. Toxumlarla, dənlə, çəyirdəklə və həşəratlarla qidalanır. İlin isti vaxtlarında minimal sayı 5-6 ədəd olan bala verir.