TaleWorlds — türk videooyun şirkəti. Şirkət 2005-ci ildə Ankarada təsis edilmişdir. "TaleWorlds" "İkisoft Software Company" şirkətinin rəsmi markasıdır və 2005-ci ildən etibarən "TaleWorlds Entertainment" adı altında kompüter oyunları istehsal edir.[7] Şirkətin ilk oyunu brauzerdə oynanılan "Realms of Mayhem" oyunudur.[1][2] Bunun ardıyca onlar dayanmadan oyun istehsalına başlamış və 2008-ci ilin sentyabrında hazırlanıb tamamlanan "Mount & Blade"[8], 2010-cu ilin martın 29-da yayımlanan "Mount & Blade: Warband"[9] və 2011-ci ilin mayın 3-də yayımlanan "Mount & Blade: With Fire & Sword" oyunları ilə fəaliyyətini davam etdirmişdir.[10]
TaleWorlds | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Şəxsi şirkət |
Sənaye | Videooyunlar |
Məhsulu | |
Təsis tarixi | 2005 |
Baş qərargahın yeri | Ankara, Türkiyə |
Struktur | |
İşçi sayı |
102 (2016)[mənbə göstərin] |
www.taleworlds.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Studiya Ankaranın Orta Şərq Texniki Universitetində (türk. Orta Doğu Teknik Üniversitesi, ODTÜ) yerləşir. Studiya hal-hazırda "PC Gamer" jurnalının da təsdiqlədiyi kimi "Mount and Blade II: Bannerlord" oyunun üzərində işləyirlər. Dizayner və prodüser Mikail Yazbek bunu intervyusunda qeyd etmişdir.
"TaleWorlds Entertainment" Bilkent Universitetində kompüter mühəndisliyi təhsili almış Ərmağan Yavuz tərəfindən təsis edilmişdir. Şirkət olmaq ideyası sadəcə hobbi kimi başladığı "Mount & Blade" oyununun istehsalı zamanı reallaşdı. Həmin vaxtlar oyun hələ beta versiyasını hazırlamışdı. Şirkət oyunun beta versiyasının elektron kopyalarını satmağa başladı. Bu da onların şirkət kimi maliyyələşdirən ilk şey oldu.
2008-ci ildə seriyanın ilk oyunu rəsmi olaraq yayımlanmışdı və dünya üzrə rekordlar qıraraq bir milyondan çox satış və 3 milyon dollardan artıq gəlir əldə etmişdir. Şirkət davam oyunu kimi "Mount & Blade: Warband" oyununu hazırlamağa başladı.
2012-ci ildə çox gözlənilən "Mount & Blade II: Bannerlord" oyununun xəbərini çıxartdılar. Oyunun 2016-cı ilin dekabrından "Steam" səhifəsi var. Ancaq oyunun hələ də nə vaxt çıxarılacağı bilinmir.[11]