Mount & Blade (azərb. At və qılınc), Türk firması TaleWorlds tərəfindən yaradılan, İsveçli yayımcı Paradox Interactive-in yayımladığı, özünə aid bir dünyası olan, Orta əsrlər mövzulu, tək oyunçulu oyundur.[1] 16 sentyabr 2008-də Şimali Amerikada satışa çıxan oyun 3 gün sonra Avropada yayımlandı. Oyunun inkişafına "TaleWorlds"ün yaradıcıları Ərmağan Yavuz və yoldaşı İpək Yavuz tərəfindən bir oyun proyekti olaraq başlanıldı. Oyunun satışı hələ də davam edən hal-hazırkı versiyası 3 noyabr 2008-də yayımlanmışdır. Oyun PC Gamer jurnalının "Ən yaxşı 100 oyun"[2] 2011 ili siyahısında 91. sırada yer tapmışdır.
Mount & Blade | |
---|---|
Hazırlayan | TaleWorlds |
Yayımlayan | TaleWorlds |
Distribüterlər | Paradox Interactive |
Seriya | Mount & Blade |
Buraxılış tarixi |
16 sentyabr 2008-ci il (Amerika) 19 sentyabr 2008-ci il (Avropa) |
Versiya | 1.011 |
Sonuncu versiya |
|
Sonuncu beta-versiya |
|
Janrlar | Açıq dünya, ekşn-macəra |
Dizaynerlər | Ərmağan Yavuz |
Texniki məlumat | |
Platformalar | PC (Windows), Linux, MAC |
Oyun rejimləri | Tək oyunçulu |
İnterfeysin dili | ingilis dili[3], alman dili[3], polyak dili[3], sadələşdirilmiş Çin dili[d][3], ənənəvi Çin dili[d][3], çex dili[3] |
Daşıyıcılar | DVD |
Sistem tələbləri |
|
İdarəetmə | klaviatura və siçan |
Rəsmi saytı |
Kalradya ərazisində müharibə sürətlə yayılır. Bu müharibədən hər kəs öz payını alacaq və hər kəs yaşamaq uğrunda mübarizə verəcəkdir. Ovçusundan tacirinə, kəndlisindən əsgərinə qədər hər kəs bir məqsəd uğrunda mübarizə aparacaqdır: savaşdan sağ qurtulmaq. Təkcə qabaqda gedən əsgərlər yox həm də hərkəsin həyatını təhlükəyə salan talançılar insanlara zərər verir. Bu müharibənin ən önəmli qəhrəmanı da biz, daha doğrusu, yaradacağımız oyunçu olacaqdır.
Oyun orta əsrlərdə, xəyali məkan olan Kalradyada keçir. Oyunçu Kalradyaya kasıb bir yolçu olaraq gəlir. Oyunda yüksək şöhrətli adamların oyunçuya verdiyi tapşırıqları yerinə yetirərək pul və şərəf qazana bilərsiniz. Tapşırıqlar bitdikdə tapşırıq alınan krallıqdakı etibarınız artar və əgər kralın da gözündə yüksəlsəniz krallıq vəzifəlilərindən biri olu bilərsiniz. Vəzifəli olduqdan sonra oyunçunuzun tamam başqa bir hədəfi olur: Bir çox krallığa bölünən bu torpaqları öz tərkibində toplayıb, yenidən bu torpaqların öz ehtişamını qazanmasını təmin etmək.
Oyunda edilə biləcəklər:
- Oyunçunun görünüşünü və keçmişini seçmə.
- Oyunçunun xüsusiyyətlərini artırma.
- Kəndlərdın ya da mehmanxanalardan əsgər toplayaraq oyunçunun ordusunu yaratma.
- Mehmanxanalarda tanışılan insanları yanına alaraq işlədib onların da silah, zireh və ya güclərini artırma.
- Bir krallıq xanımıyla evlənərək vəzifəlilərlə qohumluq əlaqəsi qurma. (Warband versiyasında)
- Oyunçuların krallığını qurma və yoldaşlarını vəzifəli elan etmək.
- Hal-hazırkı krallıqların başına kral kimi keçmək. (Sadəcə Lehistan və Rus Çarlığı üçün keçərlidir, Atəş və Qılınc [With Fire and Sword] versiyasında)
Oyunun yaradıcılarının türk olmasına baxmayaraq ilk versiyasında türkcə dil seçiminin olmaması sərt reaksiyalara yol açmışsa da növbəti versiyada bu çatışmazlıq aradan götürüldü. Oyun inkişaf etdirilərək Mount & Blade: Warband, Mount & Blade: Atəş və Qılınc, Mount & Blade Warband: Napoleon Müharibəsi kimi yeni oyunlar gətirildi. Mount & Blade II: Bannerlord versiyasının qabaqdan gələn illərdə çıxması planlaşdırılır.
Oyunçu qəhrəmanını yaradarkən cinsiyyətini seçir. Daha sonra qəhrəmanın şəxsiyyətini müəyyən etmək məqsədi ilə atasının peşəsini, qəhrəmanın gəncliyini harada keçirtdiyini, macəralara atılmazdam qabaq hansı peşəyə sahib olması kimi suallar soruşulur. Seçilən variantlara görə qəhrəman yaranır: Ya zəngin, amma qüvvətsiz ya da kasıb, amma çətinliklərlə yaşamağı öyrənmiş gerçək bir döyüşçü. Oyunda təcrübə qazanıldıqca qabiliyyətlərini artırıb həm varlı, həm də güclü olmaq oyunçunun əlindədir.
Bu şəhərlərdən başqa çox sayda qalalar və kəndlər vardır. Atəş və Qılınc versiyasında gerçək Şərqi Avropa xəritəsi və şəhərləri istifadə edilib.
Warband, TaleWorlds tərəfindən Mount & Blade üçün yaradılan ilk genişləmə paketi olub, ictimaiyyətə ilk dəfə dekabr 2009 tarixində elan edilmişdir. Tək oyunçulu ilk oyunun əksinə, Warband istifadəçiyə çox oyunçulu bir oynanış təqdim etməkdədir. Mount & Blade: Warband, Paradoc Interactive tərəfindən 30 mart 2010-da satışa çıxarılmışdır.
With Fire & Sword, "TaleWorlds"ün icazəsi və dəstəyi ilə, Rus firması Sich Studio tərəfindən inkişaf etdirilən, Mount & Blade dünyasını istifadə edən bir genişləmə paketidir. With Fire & Sworddakı hadisələr Nobel mükafatlı yazar Henrik Senkeviçin eyni adlı kitabından götürülmüş olub, XIII əsr Avropasında baş verməkdədir. Mount & Blade: Atəş və Qılınc, Paradoks İnteraktiv tərəfindən 3 may 2011-də satışa çıxarılmışdır.
Həmçinin oyunun internetdən indirilən əlavə paketləri də vardır. Bu paketlər "Warband" və "Atəş və Qılınc" üzərinə yazılıb oynana bilər. Oyunun öz təqdim etdiyi redaktor sayəsində istifadəçilər tərəfindən müxtəlif ssenarilər yaradıla bilər. (məs. Osmanlı modu)
Oyun Dizaynı
Kodlama
3B Dizayn və Modelləmə
Animasiya
Qrafik dizayn