Taleh Həmid (Taleh Həmid oğlu Babayev; 19 iyun 1952, Dəllər Cəyir, Şamxor rayonu – 1 noyabr 2016, Bakı) — Azərbaycan şairi, publisist və jurnalisti; SSRİ Yazıçılar Birliyinin üzvü (1985), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1986).
Taleh Həmid | |
---|---|
Babayev Taleh Həmid oğlu | |
Doğum adı | Taleh |
Təxəllüsü | Həmid |
Doğum tarixi | 19 iyun 1952 |
Doğum yeri | |
Vəfat tarixi | 1 noyabr 2016 (64 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | İradə Babayeva |
Uşağı | Cəlal Babayev |
Atası | Həmid |
Anası | İradə |
Təhsili | |
Fəaliyyəti | qəzet redaktoru[d], jurnalist, dramaturq, şair, publisist |
Fəaliyyət illəri | 1972–2016 |
Əsərlərinin dili | Azərbaycan dili, rus dili |
Üzvlüyü | |
Mükafatları |
Taleh Həmid 19 iyun 1952-ci ildə Şəmkir rayonunun Dəllər Cəyir kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra 1970–1972-ci illərdə sovxozda əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildə ordu sıralarında xidmət etmiş, 1974–1979-cu illərdə Kənd Təsərrüfatı Nazirliyində işə başlamışdır. Nazirliyin baş idarəsində kadrlar şöbəsində xüsusi işlər üzrə müfəttiş, daha sonra isə (təhsildən ayrılmadan) təsərrüfat müdiri vəzifəsində çalışmışdır. 1975–1980-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alımışdır. Yaradıcılığının ilk illərində Respublika "Lenin komsomolu" mükafatına layiq görülmüşdür.[1] 1980-ci ildə Gənc Jurnalistlərin II Ümumittifaq, 1984-cü ildə Gənc yazıçıların VIII Ümumittifaq müşavirələrində iştirak etmişdir. Şeirləri və publisistik yazıları təkcə Azərbaycanda deyil, onun kənarlarında da işıq üzü görüb.
Bir sıra mətbu orqanlarında — "Ulduz" jurnalında şöbə müdiri (1979–1989)[2], "Yeni fikir" qəzetində baş redaktor (1989–1992), "Müstəqil qəzet"in təsisçisi və baş redaktoru (1992–2005). vəzifələrində işləmişdir.
2005–2015-ci illərdə Regionların Inkişafının ictimai Birliyində sədr müavini işləyib.
1 noyabr 2016-cı ildə Bakıda vəfat etmiş, 2 noyabrda doğulduğu kənddə dəfn olunmuşdur.
"Qapımı bahar döyür", "Dünya yaxşıdır hələ", "Mən gözləyən olsa", "Təltifsiz bulud" (Moskva), "Bu gündən sabaha", "Mənə ürəyində yaz yeri saxla", "Günəşdən gizlənir yay çiçəkləri", "Ömrün payız sovqatı", "Qarlı axşamların işığı", "Sənə məktublar yazıram" şeir və publisistik kitabları nəşr olunubdur. 2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülübdür.
2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülübdür. 2012-ci ilin noyabrında "VI Uluslararası Canakkala Seir axşamları" festivalında Azərbaycan poeziyasını təmsil etmişdir. 2015-ci ildə şair-publisist Taleh Həmidin "Yəhya bəy Dilqəm" adlı ikihissəli lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. Yazıçılar Birliyinin üzvüdür.