Taleh Tahirli

Taleh Ağacan oğlu Tahirli (15 may, 1981) - "ABB" ASC-nin İdarə Heyətinin sədr müavini,İdarə Heyətinin üzvü, Baş transformasiya inzibatçısı [1]

Taleh Tahirli
bayraq
ABB-nin İdarə Heyətinin Sədr müavini
Vəzifədədir
2019, iyul
bayraq
Unibank-nin İdarə Heyətinin Sədrinin müavini
2015, yanvar – 2018, dekabr
Şəxsi məlumatlar
Doğum tarixi (42 yaş)
Təhsili Bakı Mühəndislik Universiteti
Gothenburg Universiteti

Həyatı[redaktə | mənbəni redaktə et]

Taleh Tahirli 1981-ci ildə Quba şəhərində anadan olub.

Təhsili[redaktə | mənbəni redaktə et]

1994-1999-cu illərdə Quba Türk litseyində təhsil alıb. 2003-cü ildə Bakı Mühəndislik Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə bakalavr, 2005-ci ildə İsveçdə Gothenburg Universitetiin Biznes və İqtisadiyyat Məktəbində menecment üzrə magistr dərəcəsi alıb. [2]

Təcrübəsi[redaktə | mənbəni redaktə et]

Taleh Tahirli bank-maliyyə sektorunda fəaliyyətə 2007-ci ildə “Unibank” ASC-də Marketinq şöbəsinin aparıcı mütəxəssisi olaraq başlayıb. 2007-2015-ci illərdə Unibank-da müxtəlif rəhbər vəzifələrdə çalışıb. [3] 2015-2018-ci illərdə bankın Pərakəndə bankçılıq və marketinq üzrə direktoru, İdarə Heyəti sədrinin müavini olub. O, 2018-ci May ayında öz ideasını reallaşdırmaq üçün bankda karyerasını dayandıraraq sahibkarlıq fəaliyyətinə başlamışdı.[4] 2019-cu ilin iyulundan "ABB" ASC-nin İdarə Heyəti sədrinin müavini, bankın Baş transformasiya inzibatçısıdır. [5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "ABB Rəhbərliyi". abb-bank.az (az.). 16 yanvar 2020. 2023-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2023.
  2. "Beynəlxalq Bankda yüksək vəzifəyə yeni təyinat!". fed.az (az.). 16 iyul 2019. 2023-05-14 tarixində arxivləşdirilib (#bad_url). İstifadə tarixi: 14 may 2023.
  3. "Unibank rəhbərliyində yeni Təyinat". aznews.az (az.). 28 aprel 2015. 2023-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2023.
  4. "Taleh Tahirli, Mayın 25-də "Four Seasons Hotel Baku"da şirkətinin təqdimatını keçirib". kommersant.az (az.). 26 may 2018. 2023-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2023.
  5. "ABB-də yüksək vəzifəyə yeni TƏYİNAT!". banco.az (az.). 16 iyul 2019. 2023-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2023.