Bakı Mühəndislik Universiteti — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisəsi.[1]
Bakı Mühəndislik Universiteti | |
---|---|
| |
40°28′25″ şm. e. 49°43′40″ ş. u.HGYO | |
Əsası qoyulub | 8 noyabr 2016 |
Tip | Publik hüquqi şəxs |
Rektor | Yaqub Piriyev |
Şəhər | Xırdalan |
Ölkə | |
Ünvan | Həsən Əliyev küç.120, AZ0101, Abşeron |
Universitet şəhərciyi | Şəhər kənarı |
Sayt | beu.edu.az |
Vikianbarda əlaqəli mediafayllar |
8 noyabr 2016-cı il tarixində, ləğv olunmuş Qafqaz Universitetinin bazasında yaradılmışdır.[1] Bakı Mühəndislik Universiteti publik hüquqi şəxsin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli fərmanı ilə təsdiq edilmişdir.[2]
Bakı Mühəndislik Uniiversitetində bakalvr, magistratura və doktrantura təhsil səviyyələrində tədris olunan ixtisaslar Azərbaycan, ingilis və rus dillərində həyata keçirilir. Hal-hazırda universitetə qəbul dörd ixtisas qrupu (fakültə) üzrə aparılır:
Proqramın modeli: 3 il – Azərbaycanda, 1 il – Cənubi Koreyada.
Proqram 3+1 modeli əsasında qurulmuşdur. Belə ki, ikili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili (sonuncu kursu) isə Cənubi Koreyanın İNHA Universitetində təhsil alırlar. 4 ilin sonunda tələbələr iki diplom əldə edəcəklər. Cari proqram 4 il ərzində tam olaraq dövlət vəsaiti hesabına təmin olunur. Proqram çərçivəsində tələbələrin 2-ci kursun sonunda Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirakı da nəzərdə tutulub. Bundan əlavə bakalavriat səviyyəsini bitirən tələbələr magistratura və doktorantura təhsillərini Cənubi Koreyada təqaüdlə davam etdirmək imkanına malik olacaqlar.
Tədris dili:
Tələbələr BMU-da 3 il müddətində ingilis dili (bəzi fənlər Azərbaycan dilində olmaqla), İnha Universitetində isə 1 il müddətində Koreya dilndə təhsil alırlar. Tələbələrə BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün proqramın şərti olan Koreya dili dərsləri tədris olunur və onlar müvafiq olaraq "TOPİK" sertifikatı əldə etmək üçün 2-ci və 3-cü təhsil illərində imtahanlarda iştirak edəcəklər. İmtahanlardan uğurla keçmiş tələbələr 4-cü akademik ildə təhsillərini Cənubi Koreyanın İNHA Universitetində Koreya dilində davam etdirəcəklər.[3]
Bakı-Sumqayıt yolu üzərində Universitetə ayrılmış 20 hektar torpaq sahəsində inşa edilmiş universitet şəhərciyinin müasir tədris korpuslarında geniş və işıqlı auditoriyalar, böyük mühazirə salonları, ən müasir texniki avadanlıqlarla və ən son model kompüterlərlə təchiz olunmuş kompüter laboratoriyaları, fasiləsiz internet əlaqəsi tələbələrin istifadəsinə verilmişdir. Həmçinin şəhərcikdə kiçik park və heyvanların saxlanması üçün xüsusi ərazi vardır.
150 nəfərlik seminar salonu və 360 nəfərlik akt zalı, müəllim və tələbələr üçün nəzərdə tutulmuş 700 nəfərlik yeməkxana, bufet və tibb məntəqəsi vardır.
BMU-nun kitabxana fondunda hazırda 106 minə yaxın kitab və jurnal mövcuddur. Bunlardan 18.000-i Azərbaycan, 28.000-i türk, 32.000-i ingilis, 2000-i rus, 1000-i ərəb-fars, 150-si alman, 90-ı fransız, 103-ü ispan dilli ədəbiyyatının və digər azsaylı xalqların dillərinin (özbək, türkmən, qırğız, Ukrayna və s.) payına düşür. Kitabxana onlayn sistem əsasında fəaliyyət göstərir. Tələbələr və müəllimlər kitabları onlayn sifariş verməklə əldə edirlər. Sifarişlər maksimum 15 dəqiqə ərzində hazır olur. Sifarişin qüvvədə olma müddəti 24 saatdır. Kitabxana tədris prosesində keçirilən fənlər üzrə istifadə olunan dərslik və dərs vəsaitləri ilə tələbələri ödənişsiz təmin edir. Kitabxana fondunda 5000-dən çox dərslik mövcuddur. Bundan əlavə, universitetimizin kitabxanası digər yerli universitetlərlə də əməkdaşlıq edir. BMU- nun kitabxanası, eyni zamanda, Web of Science və EBSCOhost adlı elektron portalların üzvüdür.[4]
Universitetdə tələbələrin yataqxana ilə təminatı ən müasir tələblərə cavab verir. Oğlan və qızlar üçün 300 nəfərlik iki böyük yataqxana fəaliyyət göstərir. Yataqxanadakı 77 otağın hər biri 4 nəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və dərs çalışma otaqları var. Əlavə olaraq hər iki yataqxanada yaxınlarını görmək üçün gələn valideynlər üçün qonaq otaqları mövcuddur. Hər iki binada bufet və gündə 3 dəfə zəngin çeşidli qidalarla tələbələrə xidmət edən yeməkxanalar mövcuddur.
Yataqxanalarda camaşırxana, dərzi otaqları fəaliyyət göstərir. Ümumi işlək yerlər və tələbə otaqları hər gün təmizlik işçiləri tərəfindən təmizlənir. Eyni zamanda, otaqlarda və koridorlarda yanğından müdafiə qurğuları, yanğın xəbər verici sistemlər yerləşdirilib. Yataqxanalarda 1 kitabxana və 4 dərs çalışma otağı tələbələrin istifadəsinə verilib. Tədbirlər və seminarlar keçirmək üçün yataqxanada 120 nəfərlik akt zalı yaradılıb.
Tələbələrin idmanla məşğul olmaları üçün müasir avadanlıqlarla təchiz olunmuş idman zalı, stolüstü tennis zalı və şəhərcik daxilində yerləşən basketbol, voleybol və futbol stadionları var.[5]
Tələbələrin hüquqlarını qoruyan təşkilatdır. Universitetin tələbələri müxtəlif problemlərlə bağlı Tələbə Həmkarlar İttifaqına müraciət edə bilirlər. Komitənin sədri Ləman Şərifovadır.[6]
İstər rezidentlərlə, istərsə də startaplarla aktiv iş apararaq innovativ ekosistemi formalaşdırmaq məqsədilə universitetdə BMU Texnoparkı və innovasiya mərkəzi fəaliyyət göstərir.[7]
Universitetdə hazırda 49 tələbə klubu fəaliyyət göstərir. İntellektual oyunları, şahmatı, kitab oxumağı, maraqlı oyunlar oynamağı, debat keçirməyi sevən, karyera bacarıqlarını artırmağa çalışan, xeyriyyə işi və digər fəaliyyətlərlə məşğul olmaq istəyən tələbələr üçün çoxsaylı tələbə klubları fəaliyyət göstərir və tələbələr tərəfindən idarə olunur.[8]
Havar Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 mart 2017-ci il Sərəncamı ilə Bakı Mühəndislik Universitetinin rektoru təyin edilmişdir.[9]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 sentyabr 2023-cü il Sərəncamı ilə Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsindən azad olunub.[10]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 sentyabr 2023-cü il Sərəncamı ilə Yaqub Piriyev Bakı Mühəndislik Universitetinin rektoru təyin edilib.[11]
Gənc Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı hər il Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə keçirililən beynəlxalq elmi konfransdır.[12]
"Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransı" 29–30 aprel 2021 tarixlərində onlayn formada keçirilib.[13]